• Bashli-slayd1
  • Bashli-slayd2
  • Bashli-slayd3

Təşkilatçılar

 

Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Təhsil İnstitutu


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri

Azad Həmkarlar İttifaqı


ELANLAR...

 

 

 

 



 

 

Partnyorlar

 

Kiçik Akademiyaların təşkili barədə

 


(Təhsil Nazirliyinin 21 yanvar 2008-ci il tarixli, 63 nömrəli əmri)

 

1. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)» nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Milli Elmlər Akademiyası ilə razılaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş «Kiçik Akademiya» haqqında Əsasnamə icra və rəhbərlik üçün əsas tutulsun.

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhəri Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

2.1 Mövcud Əsasnamənin tələblərinə uyğun olaraq, «Kiçik Akademiya»ların təsis edilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılmasını təmin etsinlər, onların yaradılmasında nəzərdə tutulan əsas məqsəd və vəzifələr haqqında pedaqoji kollektivlər, şagirdlər və valideynlər arasında izahat işləri aparsınlar.

2.2 «Kiçik Akademiya»ların məktəb və rayon (şəhər) təsis konfranslarını müvafiq olaraq 2008-ci ilin mart və aprel aylarında keçirsinlər.

2.3 Rayon (şəhər) konfranslarında respublika konfransına seçilmiş nümayəndələrin adlı siyahısını 2008-ci il aprelin sonunadək Təhsil Nazirliyinə təqdim etsinlər.

2.4 Görülmüş işlər barədə 1 ay müddətinə Nazirliyə rəsmi məlumat göndərsinlər.

3. «Kiçik Akademiya»nın respublika təsis konfransı 2008-ci ilin mayında Bakı şəhərində keçirilsin.

Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov) aidiyyəti təşkilatlarla birlikdə respublika təsis konfransının vaxtında və yüksək səviyyədə keçirilməsi üçün zəruri tədbirlər görsünlər.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Kiçik Akademiya»nın Əsasnaməsi ilə birgə «Azərbaycan müəllim» qəzetində və «Təhsil xəbərləri» məcmuəsində dərc olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Nazir:                                                        Misir Mərdanov

 

Razılaşdırılmışdır:

 

Təsdiq edirəm:

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Azərbaycan Respublikasının təhsil naziri

_______________ A.Həşimov

 

_____________ M.Mərdanov

« 03 » dekabr  2007-ci il

 

« 05 » dekabr  2007-ci il

 

“Kiçik Akademiya” haqqında

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir.

1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur.

1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər.

1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir.

1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər.

 

II. KA-nın məqsəd və vəzifələri

 

2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir.

2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır:

2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək.

2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək.

2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq.

2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək.

2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək.

2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq.

 

III. KA-nın üzvləri

 

Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər.

 

IV. KA-nın üzvlərinin hüquq və vəzifələri

 

4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək.

4.2. KA-nın üzvlərinin vəzifələri:

4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək

4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək.

4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək.

 

V. KA-nın strukturu və fəaliyyət istiqamətləri

 

5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur.

5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir.

5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir.

5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər.

5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər.

5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir.

5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir.

5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər  həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır.

5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir.

5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin  tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır.

5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur:

5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili.

5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi.

5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması.

5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması.

5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili.

5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik

daşıyır və ona hesabat verir.

5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

5.14. RKA-nın funksiyalarında daxildir:

5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək.

5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək.

5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək.

5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq.

5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək.

5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək.

 

VI. KA-nın təsis olunması

 

6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur.

6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər.

6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir.

6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir.

 

VII. KA-nın idarəetmə orqanları

 

7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur.

7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir.

7.3. KA-nın Şurası:

7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir.

7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir.

7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir.

7.3.4. Zəruri hallarda  yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir.

7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır.

7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur. 

 

Axtarış

  • SA-2018-USA1
  • SA-2018-USA2
  • SA-2018-USA3
  • SA-2018-USA4
  • SA-2018-USA5
  • SA-2018-USA6
  • SA-2018-USA7
  • SA-2018-USA8
  • SA-2018-USA9
  • SA-2018_acilish1
  • SA-2018_acilish2
  • SA-2018_acilish3
  • SA-2018_acilish8
  • SA-2018_acilish4
  • SA-2018_acilish5
  • SA-2018_acilish6
  • SA-2018_acilish7
  • SA-2018_acilish9
  • SA-2018_acilish12
  • SA-2018_acilish10
  • SA-2018_acilish11
  • SA-2018_acilish13
  • SA-2018_son1
  • SA-2018_son2
  • SA-2018_son3
  • SA-2018_son4
  • SA-2018_son5
  • SA-2018_son6
  • SA-2018_son7
  • SA-2018_son8
  • SA-2018_son9

Bizimlə əlaqə


Ünvan:  
AZ1025, Azərbaycan Respublikası,

        Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 86

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu

 

Tel.: (+994) 12 599 08 08 (daxili nömrə: 6275)

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi