Bakı şəhəri 43 saylı məktəb lisey kompleksində "Kiçik Akademiya"nın tədbiri
19 may 2017-ci il tarixində Bakı şəhəri 43 saylı məktəb lisey kompleksində "Kiçik Akademiya"nın 2016–2017-ci dərs ilinin son sesiyası təşkil olunub. Həmin tədbirdə AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, b.ü.f.d. Vüsalə Xəlilzadə və Təhsil Şöbəsinin müdiri, b.ü.f.d. Qasımova Aygün Səməd qızı iştirak etmişdilər.
Azərbaycanlı gəncin ixtirası dünyanı heyrətləndirdi
Tural Xuduyev... O, Avropanın ən önəmli 50 tədqiqatçısından biridir. İxtirası ilə dünyada azərbaycanlı gənc alim kimi məşhurlaşıb. Hətta həmyerlimizin qatıldığı komanda ilə birlikdə gördüyü işlər dünyada tanınmış "Applied Optics" jurnalında dərc edilib. Belə ki, elmi karyerasını Massaçusets Texnologiya İnstitutunda davam etdirən T.Xuduyevin də iştirak etdiyi komanda bükümlü nanokabellərin işıq keçirməsini 20 faiz artırmağa nail olub. Bu ixtira sayəsində bükülü (əyri) klassik nanokabellər işiği 20 faiz daha çox udaraq 50 faiz yer sahəsinə qənaət edəcək. Biz də həmyerlimizlə ixtirası haqqında söhbətləşdik.
Dünyada inqilab edən azərbaycanlı gənc - İxtira
Tural Xuduyevin ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər
Tural Xuduyev... O, Avropanın ən önəmli 50 tədqiqatçısından biridir. İxtirası ilə dünyada azərbaycanlı gənc alim kimi məşhurlaşıb. Hətta həmyerlimizin qatıldığı komanda ilə birlikdə gördüyü işlər dünyada tanınmış "Applied Optics’’ jurnalında dərc edilib. Belə ki, elmi karyerasını Massaçusets Texnologiya İnstitutunda davam etdirən T.Xuduyevin də iştirak etdiyi komanda bükümlü nanokabellərin işıq keçirməsini 20 faiz artırmağa nail olub. Bu ixtira sayəsində bükülü (əyri) klassik nanokabellər işiği 20 faiz daha çox udaraq 50 faiz yer sahəsinə qənaət edəcək. Biz də həmyerlimizlə ixtirası haqqında söhbətləşdik.
Əvvəlcə müsahibimizi tanıyaq...
Tural Bakıda anadan olub. İlk təhsilini Bakıda 275 saylı məktəbdə aldıqdan sonra orta təhsilini Şirvan özəl türk liseyində davam etdirib. Məktəb illərindən mühəndis olmağı qarşısına məqsəd qoyan müsahibimiz iştirak etdiyi fizika olimpiadalarından medallarla qayıdıb. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra bakalavr təhsilinə Hacettepe Universiteti "Atom enerjisi mühəndisliyi” fakültəsində davam edib.
Deyir ki, atom enerjisindən istifadə texnologiyasının Azərbaycanda tətbiq olunması ən böyük arzularından olub: "Atom enerjisinin əhəmiyyətini bir cümlə ilə belə ifadə edə bilərəm: 1 kiloqramlıq uranium ilə əldə etdiyimiz enerji 10 min kiloqramlıq neft və ya 14 min kiloqramlıq kömürdən əldə olunan enerji ilə eyni miqdardadır. Bu texnologiyanın Azərbaycanda tətbiq oluna bilməsi arzularımdan biri idi və bunun üçün lazım olan texniki informasiyaya sahib idim. Mənim təhsil aldığım fakültə Türkiyədə ən çətin bitirilən fakültələrdəndir. Bu fakültə hər il 3-4 məzun verir. Hətta ilk ilin sonunda bir çox tələbə çətinliyə görə ya universiteti tərk edir, ya da fakültə dəyişir. Buna baxmayaraq, mən ilk ilin sonunda fakültə birincisi seçildim, ortalama balım çox yüksək olduğu üçün rektorluq, dekanlıq tərəfindən xüsusi hədiyyələrlə təltif olundum.
Команда аналитиков из агентства Thomson Reuters сделали подробный прогноз инноваций на ближайшие 10 лет. Эксперты составили список радикальных изменений, которые переживёт мир к 2025 году и опубликовали его под названием «The World in 2025: 10 Predictions of Innovation» («Мир в 2025 году: 10 предсказаний инноваций»).