“Sabahın alimləri” X Respublika müsabiqəsinə
start verilir
Müsabiqə 2021-ci il 10-12 fevral tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir.
Müsabiqənin kateqoriyaları:
- Riyaziyyat
- Fizika, astronomiya
- Kimya
- Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)
- Tibb və sağlamlıq
- Ekologiya, ətraf mühitin idarə olunması
- Mühəndislik
- Kompüter elmləri.
Müsabiqənin qaydaları:
- Müsabiqədə Azərbaycanın bütün ümumitəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak edə bilərlər;
- Müsabiqəyə təqdim olunan layihələr fərdi və ya kollektiv (2 nəfərdən çox olmamaqla) hazırlana bilər;
- Layihələr hazırlanarkən müsabiqənin etik qaydalarına (“Sabahın alimləri” Respublika Müsabiqəsinin keçirilməsi Qaydaları) riayət olunmalıdır;
- Şagirdlərin layihələri konkret elmi-texniki problemin həllinə yönəlməli və müsabiqənin kateqoriyalarından birinə uyğun gəlməlidir;
- Hər şagird və ya komanda yalnız bir layihə təqdim edə bilər;
- İnsan iştirakçıları, onurğalı heyvanlar və təhlükə potensiallı bioloji agentlərlə bağlı layihələrin mövzusu təcrübə-sınaq işlərinə başlamamışdan əvvəl Müsabiqənin Elmi Ekspertiza Komitəsi (EEK) tərəfindən təsdiq edilməlidir;
- Müsabiqədə iştirak etmək istəyən hər bir şagird (şagird kollektivi) 2020-ci il 26 oktyabr - 21 dekabr tarixlərində müsabiqənin sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidir. Qeydiyyatın müddəti 2021-ci il 10 yanvara qədər uzadıldı;
- Hər bir şagird Şagirdin yoxlama cədvəlini (1A), Tədqiqat planı və Təsdiq formasını (1B) doldurub 21 dekabr 2020-ci ilə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir. Qeydiyyatın müddəti 2021-ci il 10 yanvara qədər uzadıldı;
- Elmi rəhbər şagird ilə birlikdə Elmi rəhbərin yoxlama cədvəlini (1) doldurmalı və 21 dekabr 2020-ci ilə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir. Elmi rəhbər layihənin yerinə yetirilməsinə nəzarət etməlidir. Qeydiyyatın müddəti 2021-ci il 10 yanvara qədər uzadıldı.
- BSL-2 təhlükə potensiallı bioloji agentlər, DEA (ABŞ-ın Narkotiklərə Mübarizə İdarəsinin) nəzarəti altında olan maddələr, insan iştirakçıları cəlb olunan, onurğalı heyvanlara dair tədqiqatların aparılması üçün mütəxəssis alim tələb olunur və Mütəxəssis Alim Forma 2, Potensial təhlükəli bio-agentlərin istifadəsində riskin qiymətləndirilməsi Forma 6A doldurulub 21 dekabr 2020-ci ilə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir. Qeydiyyatın müddəti 2021-ci il 10 yanvara qədər uzadıldı;
- EEK-nın ilkin təsdiqindən sonra Şagirdin yoxlama cədvəlində (1A) və ya Tədqiqat planında dəyişikliklərin edilməsi tələb olunduqda, laboratoriya təcrübə-sınaq işinə və məlumatların toplanmasına başlamamışdan öncə həmin sənədlər təkrar təsdiqlənməlidir.
- Davam edən layihələr üzrə təcrübə-sınaq işlərinə və məlumatların toplanmasına başlamamışdan əvvəl sənədlər EEK tərəfindən cari il üçün təkrar təsdiq olunmalıdır.
- Əgər layihə tədqiqat institutunda, universitetdə, sənaye müəssisəsində (ev, məktəb xaricində) həyata keçirilirsə, Tədqiqat institutu və Sənaye müəssisəsi forması (1C) doldurulmalı və stenddə nümayiş etdirilməlidir.
- Təcrübə-sınaq işləri başa çatdıqdan sonra hər bir şagird və ya komanda cari ildə görülən işin xülasəsinə dair bir səhifəlik (maksimum 250 sözdən ibarət) annotasiyanı 21 dekabr 2020-ci ilə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir. Qeydiyyatın müddəti 2021-ci il 10 yanvara qədər uzadıldı;
- Layihənin yerinə yetirilməsinə dair Gündəlik aparılması və müsabiqə zamanı onun nümayiş etdirilməsi tövsiyə edilir.
Şagirdlərin nəzərinə!
Müsabiqənin dilləri – Azərbaycan və rus dilləridir.
İSEF-də iştirak etmək üçün seçiləcək şagirdlərin təqdimatları ingilis dilində dinləniləcək.
Müsabiqədə iştirak pulsuzdur.
Formaları götürmək üçün sabahinalimleri.edu.az saytına daxil olmaq lazımdır.
Müsabiqəyə şagirdlərin qeydiyyatı 21 dekabr 2020-ci il tarixinədək onlayn qaydada aparılır. Qeydiyyatın müddəti 2021-ci il 10 yanvara qədər uzadıldı.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bütün məlumatlar sabahinalimleri.edu.az saytında yerləşdirilir.
Direktor, müəllim və elmi rəhbərlərin nəzərinə!
“Sabahın alimləri” X Respublika müsabiqəsi kecirilən müddətdə şagirdlərin elmi fəaliyyəti ilə məşğul olan müəllimlər, şagirdlərin elmi rəhbərləri və direktorlar ücün İntel Təlim Akademiyası fəaliyyət göstərəcəkdir. Həmin Akademiyada keciriləcək təlimlərdə iştirak etmək istəyənlər 2021-ci il 11 yanvar tarixinədək müsabiqənin saytında onlayn qeydiyyatdan keçməlidirlər. Təlimdə iştirak edən müəllimlərə sertifikat təqdim olunacaqdır.