• Bashli-slayd1
  • Bashli-slayd2
  • Bashli-slayd3

Təşkilatçılar

 

Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Təhsil İnstitutu


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri

Azad Həmkarlar İttifaqı


ELANLAR...

 

 

 

 



 

 

Partnyorlar

 

İntel İSEF 2014

 

2014-cü il 11-16 may tarixlərində ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilmişdir. Bu, 65-ci Sərgi idi. Sərgidə “Sabahın alimləri” Respublika Müsabiqəsinin qalibləri sırasından seçilmiş 7 Azərbaycan məktəblisi iştirak etmişdir, o cümlədən:

 İmranov Cəmil Şahmar oğlu və Allahverdiyeva Nərgiz Vidadi qızı - Bakı ş, 16 nömrəli İngilis Texniki Humanitar Liseyin 10-cu və 11-ci sinif şagirdləri, “Dəmir oksidi nanohissəciklərinin nar bitkisində sintezi və xarakteristikası” adlı layihə ilə;

Muradov Cəmil Həbibulla oğlu, Mursaqulova Mədinə Rüfət qızı, Cümşüdlü Lalə Cabir qızı – Bakı Avropa Liseyinin 11-ci sinif şagirdləri, “Enerjinin kriogen üsulu ilə saxlanılması” adlı layihə ilə;

Abuzərov Ayaz Azər oğlu – BDU-nun Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi, “Qlükozofosfatın yeni metodla sintezi və ATF-in əmələ gəlməsinin sürətləndirilməsində rolu” adlı layihə ilə. 

Məmmədov Çingiz Natiq oğlu – Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi, İntel İSEF-də müşahidəçi qismində iştirak etmişdir.

 
 

İntel İSEF - Intel® International Science and Engineering Fair 13-18 yaşlı şagirdlər arasında keçirilən ən böyük müsabiqədir. Bu müsabiqədə  dünyanın 70-dən artıq ölkəsində keçirilən 435 regional müsabiqələrində seçilmiş 1700-dən çox gənc - gələcəyin alimləri, ixtiraçıları, sahibkarları iştirak etmişdir. Mükafat fondu 5 mln ABŞ dolları olan bu Sərginin əsas mükafatları İntel korporasiyası və İntel Fondation fondu tərəfindən ayrılmışdır. Bundan əlavə onlarla kompaniya, qeyri-kommersiya təşkilatları, təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən də xüsusi mükafatlar təsis edilmişdir.

Intel ISEF-in ən yüksək mükafatını (75 min dollar məbləğində Qordon Mur mükafatı) Boston şəhərində yaşayan Natan Kann qazandı. O, şiş əleyhinə olan BRCA1 geninin xarakteristikalarını öyrənmiş və onların əsasında süd vəzisinin xərçəngini əmələ gətirən mutasiyaları təhlükəsiz mutasiyalardan fərqləndirməyi bacaran proqram yaratmışdır.

50 min dollar məbləğində olan iki mükafatdan («The Intel Foundation Young Scientist Awards») birini smartfon və planşetlər üçün yeni riyazi alət yaratmış Almaniyalı Lennart Kleynvort qazandı. Bu mükafatın ikincisinə isə Sinqapurdan gələn Şennon Ksincinq Li aktivləşdirilmiş kömür əsasında hazırladığı innovasion katalizatora görə layiq görüldü. 

  

İntel İSEF qaliblərinin nailiyyətləri yalnız təhsil və elmin populyarlaşdırılmasına xidmət etmir, onlardan bir çoxu öz praktiki istifadəsini tapacaqdır.

Finalçılar üçün İntel İSEF-fə hər bir şərait yaradılmışdır: maraqlı insanlarla, dünya şöhrətli alimlərlə görüşlər keçirilmiş, ekskursiyalar təşkil olunmuşdur.

Sərginin açılış mərasimidə Mayk Ebelin adlı kompüter proqramçısı çox maraqlı təqdimatla çıxış etdi. O, özü və işi haqqında danışdı, dedi ki, həmişə insanlara kömək etməyə, onların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edən işlər görməyə çalışıb. Sonra iki ixtirası barədə ətraflı məlumat verdi. Fiziki imkanları məhdud olan insanlara kömək məqsədi ilə hazırlanan və proqram vasitəsi ilə idarə olunan eynəyin (tam iflic olan insanlar həmin eynək vasitəsi ilə öz fikir və istəklərini ekranda canlandıra, hətta rəsm də çəkə bilərlər), qol protezlərinin (hər iki qolunu itirmiş insan həmin protezlər vasitəsi ilə müxtəlif funksiyalara malik olan süni qollara sahib olur) şəkillərini nümayiş etdirdi və dedi ki, hər bir gənc axtarış aparsa, öz üzərində çalışsa daha yaxşı texnologiyalar, cihazlar və insanların xeyrinə olan yeni ideyalar ortaya qoya bilər. Buna inanmaq lazımdır.

Növbəti gün Nobel mükafatı lauretları ilə panel keçirildi. Paneldə 5 nəfər Nobel mükafatçısı (Martin Çalfi, Con Mazer, Harold Kroto, Maykl Bişop, Robert Horviz) və    1 nəfər Kaliforniya Texnoloya Universitetinin professoru (Frensis Arnold) iştirak edirdi. Panel iştirakçıları özləri və tədqiqatları barədə maraqlı məqamları finalçı şagirdlərin nəzərinə çatdırdılar. Sonra şagirdlərin sualları cavablandırıldı. Tədbirin sonunda isə Nobel mükafatçıları onların hər biri üçün zalda ayrılmış yerlərdə finalçılarla görüş keçirdi, avtoqraf payladı və şəkil çəkdirdilər.


  

Martin Çalfi – Kolumbiya Universiteti, heyrobioloq, kimya 
sahəsində Nobel Mükafatı (2008)  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


Con Mazer – NASA-nın Kosmik tədqiqatlar Mərkəzi, fizik, 
fizika sahəsində Nobel Mükafatı (2006) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


 

 Harold Kroto, Florida Universiteti, kimyaçı, kimya sahəsində 
Nobel Mükafatı (1996)   http://www.kroto.info

İntel İSEF-in dördüncü günü müxtəlif kompaniya, qeyri-kommersiya təşkilatları, təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən təsis edilmiş xüsusi mükafatlar, beşinci günü isə əsas mükafatlar təqdim edildi.

Azərbaycan məktəbliləri İntel İSEF-də 3-cü dəfədir ki iştirak edirdi. Onların layihələri maraqla qarşılanır, lakin mükafat qazanmaq bizə hələ nəsib olmayıb. Buna baxmayaraq ölkəmiz üçün bu təcrübə çox vacibdir. Bizim şagirdlər tədqiqat aparmaq, layihə yazmaq, onu təqdim etmək bacarıqlarını qazanırlar. Dünyanın digər ölkələrində yaşayan həmyaşıdları ilə dostlaşır, onların tədqiqatları ilə tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda İntel İSEF gənclərə imkan verir ki, onlar Nobel mükafatı laureatları ilə görüşlərdə iştirak etsinlər, onları maraqlandıran sualları dünyanın seçilmiş alimlərinə verə bilsinlər. Bütün bunlar gənclərin dünyagörüşünü artırır, nailiyyət qazanmaq üçün motivasiya yaradır.

Axtarış

  • SA-2018-USA1
  • SA-2018-USA2
  • SA-2018-USA3
  • SA-2018-USA4
  • SA-2018-USA5
  • SA-2018-USA6
  • SA-2018-USA7
  • SA-2018-USA8
  • SA-2018-USA9
  • SA-2018_acilish1
  • SA-2018_acilish2
  • SA-2018_acilish3
  • SA-2018_acilish8
  • SA-2018_acilish4
  • SA-2018_acilish5
  • SA-2018_acilish6
  • SA-2018_acilish7
  • SA-2018_acilish9
  • SA-2018_acilish12
  • SA-2018_acilish10
  • SA-2018_acilish11
  • SA-2018_acilish13
  • SA-2018_son1
  • SA-2018_son2
  • SA-2018_son3
  • SA-2018_son4
  • SA-2018_son5
  • SA-2018_son6
  • SA-2018_son7
  • SA-2018_son8
  • SA-2018_son9

Bizimlə əlaqə


Ünvan:  
AZ1025, Azərbaycan Respublikası,

        Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 86

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu

 

Tel.: (+994) 12 599 08 08 (daxili nömrə: 6275)

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi