• Bashli-slayd1
  • Bashli-slayd2
  • Bashli-slayd3

Təşkilatçılar

 

Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Təhsil İnstitutu


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri

Azad Həmkarlar İttifaqı


ELANLAR...

Qeydiyyatdan keçmək istəyən şagirdlərin NƏZƏRİNƏ! 

 

 

 



 

 

Partnyorlar

 

“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin keçirilmə Qaydaları

 

 

1. Müsabiqənin keçirilmə qaydaları

1.1. “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsi (bundan sonra — Müsabiqə) hər il ABŞ-da keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur.

1.2. Bu Qaydalar ISEF-in Beynəlxalq Qaydalar və Təlimatlarına uyğun hazırlanmışdır.

1.3. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinin (IX–XI) elmi-texniki yaradıcılığa sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsinin təmin edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi və seçilmiş şagirdlərin beynəlxalq müsabiqəyə göndərilməsindən ibarətdir.

1.4. Müsabiqədə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri iştirak edə bilərlər.

1.5. Müsabiqənin təşkilatçısı Azərbaycan Respublikasının Təhsil İnstitutudur.

1.6. Müsabiqənin istiqamətləri:

  • Robototexnika və Süni intellekt
  • Fizika, astronomiya
  • Riyaziyyat
  • Kimya
  • Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)
  • Tibb və sağlamlıq
  • Ekologiya, ətraf mühitin idarə olunması
  • Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)
  • Kompüter elmləri

1.7. Müsabiqənin dili Azərbaycan dilidir (iştirakçılar ingilis dilini mütləq bilməlidirlər).

1.8. Müsabiqədə iştirak ödənişsizdir.

1.9. Müsabiqənin keçirilməsi üçün Təşkilat Komitəsi, Elmi Ekspertiza Komitəsi (EEK) və Münsiflər Heyəti yaradılır.

2. Müsabiqənin keçirilmə mərhələləri

2.1. Müsabiqə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən elan olunur və üç mərhələdə aparılır.

2.1.1. Birinci mərhələdə:

- Müsabiqənin keçirilməsi haqqında məlumat ümumi təhsil müəssisələrinə və yerli təhsili idarəetmə orqanlarına göndərilir;

- Bütün məlumatlar arti.edu.az və sabahinalimleri.edu.az saytlarında yerləşdirilir;

- İştirak etmək istəyən şagirdlər arti.edu.az və ya sabahinalimleri.edu.az portalından formaları əldə edərək Sorğuların idarə edilməsi platforması üzərindən (https://anket.edu.az/user/281) qeydiyyatdan keçir və tələb olunan formaları dolduraraq qeydiyyatı tamamlayırlar.

2.1.2. İkinci mərhələdə:

- EEK tərəfindən final mərhələsinə vəsiqə qazanan şagirdlər seçilir və onların təhsil aldıqları müəssisələrə bildirişlər göndərilir;

- 2026-cı ilin yanvar ayının sonunadək şagirdlər layihələrini poster formasında hazırlayırlar. Posterdə yerləşdirilmiş çap, qrafik və foto materiallar tədqiqatın annotasiyasının geniş variantını əks etdirməlidir;

- Müsabiqə ərəfəsində iştirakçıların posterləri müsabiqə keçiriləcək məkanda əvvəlcədən yerləşdirilir. (Qeydiyyatdan keçərkən istifadə olunan əlaqə nömrəsinə bildiriş göndərilir.)

2.1.3. Üçüncü mərhələdə:

- Finala vəsiqə qazanmış iştirakçıların layihələri müsabiqə günü Münsiflər Heyəti tərəfindən dinlənilir (müsahibə formasında) və Qiymətləndirmə meyarlarına uyğun olaraq 100 ballıq sistemlə qiymətləndirilir.

- Ballara əsasən reytinq cədvəli tərtib olunur və qaliblər müəyyənləşdirilir.

2.2. Qaliblər sırasından ABŞ-da keçiriləcək ISEF- Beynəlxalq Elm və Mühəndislik müsabiqəsində ölkəmizi təmsil edəcək şagirdlər seçilir.

 

3. Layihələrin hazırlanması

3.1. Layihələr fərdi şəkildə və ya 2 nəfərlik şagird kollektivi tərəfindən yerinə yetirilə bilər.

3.2. Hər şagird yalnız bir layihə təqdim edə bilər. Layihədə 2025-ci ilin yanvar ayından 2026-cı ilin yanvar ayına qədər yerinə yetirilmiş tədqiqatın nəticələri əks olunmalıdır.

3.3. Əvvəlki ildə aparılan işlərin davamı olan layihələr üçün Forma 7 doldurulmalıdır.

3.4. Hər layihə üzrə elmi rəhbər təyin edilir (Forma 1). Elmi rəhbər layihənin yerinə yetirilməsinə nəzarət edir.

3.5. BSL-təhlükə potensiallı bioloji agentlər, DEA-nəzarəti altında olan maddələr, insan iştirakçıları və onurğalı heyvanlarla bağlı tədqiqatların aparılması üçün yalnız ali təhsil müəssisələri və elmi təşkilatlarda çalışan alimlər cəlb olunur (Forma 2).

3.6. Elmi rəhbər şagird ilə birlikdə Tədqiqat Planını (Forma 1A-ya əlavə) hazırlayır və iş plana uyğun aparılır.

3.7. Hər bir layihə üçün Yoxlama Cədvəli (Forma 1A) və Təsdiq Forması (Forma 1B) doldurulmalıdır.

3.8. Dekabr ayının sonuna qədər tədqiqat başa çatdırılır, nəticələrə dair annotasiya və Layihənin tərtib planı EEK-ya təqdim olunur (tam hazır formada portala əlavə edilir və təsdiq olunur).

3.9. 2026-cı ilin yanvar ayının sonunadək bütün annotasiyalar EEK tərəfindən müzakirə olunur və müsabiqəyə buraxılan layihələr barədə qərar qəbul edilir.

3.10. Layihələrin hazırlanmasında əxlaq və etika normalarına riayət edilməlidir. Plagiat, saxtakarlıq, məlumat uydurma və başqasının işindən öz adına istifadə edən iştirakçılar müsabiqədən kənarlaşdırılır.

3.11. “Kitabxana” tədqiqatı, nümayiş və məlumat xarakterli layihələr, izahat modelləri və ya alətlərin sadəcə hazırlanması müsabiqəyə qəbul edilmir.

3.12. Layihə böyük elmi tədqiqatın tərkib hissəsi ola bilər, lakin yalnız şagirdin özü tərəfindən aparılan hissə təqdim edilməlidir.

 

4. Müsabiqəyə təqdim olunan layihələrə verilən tələblər:

4.1. Layihə elmi-praktik əhəmiyyətə malik tədqiqat və eksperimentin nəticəsi, mühəndis layihəsinin texniki təsviri, innovativ proqram təminatı və s. ola bilər.

4.2. Layihədə problem, fərziyyə, metodlar, nəticələr və tətbiq təklifləri açıq şəkildə göstərilməlidir.

4.3. Layihə şagird(lər) tərəfindən müstəqil şəkildə aparılmış tədqiqatı əks etdirməli və düzgün istinadlarla, öz sözləri ilə təqdim edilməlidir. Saxta məlumatların təqdim edilməsi, plagiatın aşkarlanması və ya süni intellektin məqsədinəuyğun olmayan şəkildə istifadəsi qadağandır və layihənin qəbul olunmaması üçün əsas sayılır.

4.4. Layihədə mütləq olmalıdır:

- Problemin və məqsədin təsviri;

- Tədqiqat metodları və prosedurlar;

- Əldə olunan nəticələrin təhlili və yeniliyi;

- Ədəbiyyat siyahısı (ən azı 5 mənbə).

4.5. Tədqiqat başa çatdıqdan sonra Annotasiya və Sertifikasiya Forması doldurulur.

4.5.1. Annotasiya 250 simvola qədər, Times New Roman, 12 şrift ölçüsündə olmalıdır.

4.5.2. Faylda aşağıdakı məlumatlar qeyd edilməlidir:

- Müsabiqənin istiqaməti

- Tədqiqatın aparıldığı təhsil və ya elmi müəssisə

- Layihənin adı

- İştirakçının adı, soyadı, atasının adı

- Məktəbin adı, ünvanı, əlaqə vasitələri

- Elmi rəhbərin məlumatları

4.6. Layihələrin qeydiyyatı:

Sorğuların idarə olunması (https://anket.edu.az/user/281) platformasında onlayn həyata keçirilir.

4.7. Bütün layihələr üçün tələb olunan formalar:

- Forma 1

- Forma 1A

- Forma 1B

- Annotasiya və sertifikasiya

- Layihənin tərtib forması

 

5. Layihələrin təqdimatına verilən tələblər

5.1. Layihələrin təqdimatı “poster” formatında həyata keçirilir. Hər münsif hər iştirakçı ilə 15 dəqiqə müsahibə aparır.

5.2. İştirakçılar poster və nümayiş vasitələri ilə layihələrini təqdim edirlər. Reklam və qanunla qadağan olunan məlumatlara icazə verilmir.

5.3. Materiallar elmi rəhbərlə razılaşdırılmalı və ölçülərə uyğun hazırlanmalıdır.

5.4. Təşkilat Komitəsi poster və nümayiş vasitələrinin məzmununa görə məsuliyyət daşımır.

5.5. Posterdə iştirakçı və elmi rəhbər haqqında şəxsi məlumatlar, təhsil müəssisəsinin adı yerləşdirilmir.

5.6. Layihə elmi müəssisədə hazırlanmışsa, həmin müəssisənin və mütəxəssis alimin razılığı olmalıdır (Forma 1C).

5.7. Kollektiv layihədə bir şagird iştirak edə bilməzsə (üzrlü və ya üzrsüz səbəbdən), layihə müsabiqəyə buraxılmır.

 

6. Qaliblərin mükafatlandırılması

6.1. Hər istiqamət üzrə Münsiflər heyəti ballara əsasən qalibləri müəyyənləşdirir:

 I yer – 1 layihə

 II yer – 2 layihə

 III yer – 3 layihə

QEYD: Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində iki və ya daha çox layihənin ümumi balı eyni olduqda, həmin layihələrin Elmi Ekspertiza Komitəsi (EEK) tərəfindən verilmiş qiymətləri nəzərdən keçirilir. Hər iki mərhələnin (Münsiflər heyəti və EEK) yekun balı daha yüksək olan layihə qalib elan edilir. Əgər bu göstəricilər də bərabər olarsa, hər iki layihə (və ya layihələr) qalib hesab olunur. Qaliblərə diplom, pul mükafatı və ya hədiyyələr təqdim olunur.

6.2. Münsiflər heyətinin qərarlarına qarşı apelyasiya şikayəti qəbul edilmir.

6.3. Qaliblərə təşkilatçılar və elmi təşkilatlar tərəfindən əlavə mükafatlar verilə bilər.

6.4. Qaliblər arasından aktual problemə həsr edilmiş və ciddi nəticələrə malik layihələrin müəllifləri ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir. Bu şagirdlərə əlavə olaraq ingilis dilində müsahibə edilə bilər.  Layihələrini ingilis dilində sərbəst təqdim etməyi bacarmalıdırlar.

6.5. Qaliblərin elmi rəhbərləri də təhsil müəssisələri və təşkilatçılar tərəfindən rəğbətləndirilə bilər.

 

7. Formalar ilə bağlı məlumatlar

7.1. Şagirdlərə öz tədqiqatlarının nəticələrini və ya məlumatlarını insan iştirakçılarına açıqlamaq qadağandır.

7.2. Yetkinlik yaşına çatmayan şəxslərin (18 yaşdan kiçik tələbələrin) iştirak etdiyi bütün insan iştirakçılarla bağlı tədqiqatlar üçün şagird iştirakçının razılığı və qanuni qəyyumun yazılı icazəsi alınmalıdır.

7.3. İştirakçıların yaşadığı və ya proqramlara qatıldığı müəssisələrdə (məsələn, qocalar evi, uşaq bağçası, həbsxana və s.) aparılan tədqiqatlar üçün müəssisənin yazılı icazəsi, həmçinin hər bir iştirakçının məlumatlı razılığı alınmalıdır.

7.4. “Onurğalı heyvanlar deyəndə nə nəzərdə tutulur?” bölməsinə onurğalı heyvanlarla bağlı layihə ilə toxuma layihəsi arasındakı fərq: Əgər toxuma şagirdin layihəsi üçün deyil, başqa bir məqsədlə öldürülmüş heyvandan əldə olunubsa, bu, onurğalı heyvanlar üzərində aparılmış tədqiqat hesab edilmir.

7.5. Layihə tələbi ilə bağlı şagirdlərə qarmaqlardan, canlı yemlərdən istifadə etməklə və ya elektrobalıqçılıq aparmaqla balıq tutmaq qadağandır.

7.6. Prionların və ya prionabənzər zülalların istifadəsini əhatə edən bütün tədqiqatlar qadağandır. Buna aşağıdakı maddələrlə aparılan tədqiqatlar da daxildir: amiloid-b (Aβ), tau, α-sinuklein, 43 kDa-lıq transaktiv cavab DNT-bağlayıcı zülal (TDP-43) və amiloid fibrilləri.

7.7. BSL-2 səviyyəsinə uyğun hesab edilən tədqiqat yalnız BSL-2 və ya daha yüksək səviyyəli laboratoriyada aparılmalı və tədqiqat boyunca BSL-2 təhlükəsizlik şərtlərinə riayət edilməlidir.

7.7.1. Aktiv Zərərli Alg Çiçəklənməsindən (Harmful Algal Blooms) toplanan su nümunələrini əhatə edən layihələr BSL-2 səviyyəli tədqiqat hesab olunur.

7.7.2. Malyariya, Lyme və s. kimi həşərat və artropod vektorları ilə ötürülən patogenlər BSL-2 tədqiqatları kimi qiymətləndirilir.

7.7.3. Prionabənzər zülalları ifadə etmək üçün yetişdirilmiş heyvanlar və ya heyvan toxumaları ilə aparılan tədqiqatlar (məsələn, C. elegans və Drosophila) BSL-2 laboratoriyasında, BSL-2 şərtləri altında aparıldıqda icazəlidir.

7.8. Evdə, məktəbdə və ya laboratoriyada kimyəvi maddələrdən istifadə edilən bütün layihələr aşağıdakı şərtlər altında aparılmalıdır:

a. İstifadə edilən hər bir kimyəvi maddə üçün Təhlükəsizlik Məlumat Vərəqələrini (SDS) əldə edin və oxuyun.

b. Kimyəvi maddələrin işlənməsi, təhlükəsizlik, ventilyasiya və xüsusi utilizasiya prosedurlarında laboratoriya standartlarına riayət edin.

c. Təcrübə zamanı istifadə olunan hər hansı qab-qacaq, alət və ya avadanlıq gündəlik ev istifadəsi üçün yenidən istifadə edilə bilməz.

d. Layihə kimyəvi maddələr haqqında düzgün təlim və biliyə malik bir birbaşa nəzarətçi ilə aparılmalıdır.

 

Axtarış

  • SA-2018-USA1
  • SA-2018-USA2
  • SA-2018-USA3
  • SA-2018-USA4
  • SA-2018-USA5
  • SA-2018-USA6
  • SA-2018-USA7
  • SA-2018-USA8
  • SA-2018-USA9
  • SA-2018_acilish1
  • SA-2018_acilish2
  • SA-2018_acilish3
  • SA-2018_acilish8
  • SA-2018_acilish4
  • SA-2018_acilish5
  • SA-2018_acilish6
  • SA-2018_acilish7
  • SA-2018_acilish9
  • SA-2018_acilish12
  • SA-2018_acilish10
  • SA-2018_acilish11
  • SA-2018_acilish13
  • SA-2018_son1
  • SA-2018_son2
  • SA-2018_son3
  • SA-2018_son4
  • SA-2018_son5
  • SA-2018_son6
  • SA-2018_son7
  • SA-2018_son8
  • SA-2018_son9

Bizimlə əlaqə


Ünvan:  
AZ1025, Azərbaycan Respublikası,

        Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 86

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu

 

Tel.: (+994) 12 599 08 08

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi