Bakı şəhəri 43 saylı məktəb lisey kompleksində "Kiçik Akademiya"nın tədbiri
19 may 2017-ci il tarixində Bakı şəhəri 43 saylı məktəb lisey kompleksində "Kiçik Akademiya"nın 2016–2017-ci dərs ilinin son sesiyası təşkil olunub. Həmin tədbirdə AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, b.ü.f.d. Vüsalə Xəlilzadə və Təhsil Şöbəsinin müdiri, b.ü.f.d. Qasımova Aygün Səməd qızı iştirak etmişdilər.
Tədbirdə “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibi Bakı şəhəri 43 saylı məktəb lisey kompleksinin 11-ci sinif şagirdi Zuleyxa Qasımova ”Azərbaycanın üzvi maddələr və ağır metallarla çirklənmiş su hövzələrinin təmizlənməsi üçün biobonların hazırlanması” layihəsi ilə çıxış etmişdir.
Tədbir yaradıcı şagirdlərin iştirakı ilə bədii sonluqla başa çatıb.