• Bashli-slayd1
  • Bashli-slayd2
  • Bashli-slayd3

Təşkilatçılar

 

Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Təhsil İnstitutu


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri

Azad Həmkarlar İttifaqı


ELANLAR...


 

 

 

 



 

 

Partnyorlar

 

Intel ISEF-də (Intel International Science and Engineering Fair) Azərbaycan məktəblilərinin iştirakı

     13-18 may, 2018-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində nüfuzlu Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilmişdir. Bu il keçirilən  Beynəlxalq Sərgidə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli iştirak etmişdir. Ölkəmizi bu nüfuzlu müsabiqədə, cari ilin fevral ayında ölkə üzrə “Sabahın alimləri” müsabiqəsinin qalibləri Akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatov Fizika – astronomiya istiqaməti, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə   Kompüter elmləri, İbrahimova Fidan Biologiya istiqaməti üzrə, 238 saylı tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev Ekologiya və ətraf mühitin idarə olunması istiqaməti üzrə layihələrlə iştirak etmişlər. Layihələrdən ikisi, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin yerinə yetirdiyi “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına,   akademik Zərifə Əliyeva adına liseyin X sinifi şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun yerinə yetirdiyi “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyası tərəfindən  1000 ABŞ dolları məbləğində mükafata layiq görülmüşdür. Dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisini adətən “Kiçik Nobel Mükafatı” Müsabiqəsi də adlandırırlar. Təsadüfi deyil ki, 20-dən çox Nobel Mükafatı Laureatı hələ məktəb illərində bu müsabiqədə iştirak etmiş və yerlər tutmuşlar.   Adətən iştirakçıların 30 faizindən çoxu öz elmi layihələrini patentləşdirirlər. Müsabiqənin ən böyük mükafatı olan 75 min ABŞ dolları məbləğində Qordon Mur mükafatının sahibi   Avstarliyalı məktəbli  Oliver Nikols olmuşdur. Onun yerinə yetirdiyi “Kommersiya binalarının pəncərələrinin təmizləmək üçün avtomatik robot prototipi” elmi layihəsi müsabiqənin ən böyük mükafatına layiq görülmüşdür. Hər biri 50 min dollar məbləğində iki  mükafatı isə Arkanzas və Vaşinqtondan olan iki şagird qazanmışlar. Ümumilikdə 600 finalçı öz  innovativ tədqiqatları üçün mükafat qazanmış, hər biri 5000 ABŞ dolları olmaqla 24 “Kateqoriyanın ən yaxşısı” (Best of Category) mükafatı verilmişdir. Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində eyni zamanda müxtəlif elm sahələri üzrə Nobel Mükafatı Laureatlarının həyatı və elmi fəaliyyəti ilə tanış olmaq, onlarla fikir mübadiləsi aparmaq imkanı yaradılmış, uğurlu elmi layihələrin işlənməsi mexanizmlərinə həsr olunmuş təlimlər və “İnnovasiya və Sahibkarlıq”, “Elm və texnologiyalarda” mükəmməllik mözvularında panellər təşkil olunmuşdur. Sərgi çərçivəsində keçirilən “Açıq qapı” günündə şagirlərimizin təqdim etdiyi layihələr ABŞ məktəbliləri və qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

     Sərgi çərçivəsində təşkil olunan  “Tələbələr üçün nişan mübadiləsi” (“Student Pin Exchange”) çərçivəsində Azərbaycanın atributları, tarixi və mədəniyyətini əks etdirən nişanlar və hədiyyələr müxtəlif ölkələrdən olan şagirdlərə təqdim edilmişdir. Müsabiqədə ökəmizi təmsil edən 4 layihədən ikisi, Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin yerinə yetirdiyi “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına,   akademik Zərifə Əliyeva adına liseyin X sinifi şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun yerinə yetirdiyi  “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyası tərəfindən  1000 ABŞ dolları məbləğində mükafata layiq görülmüşdür; - İştirakçılar üçün  müxtəlif elm sahələri üzrə Nobel Mükafatı Laureatlarının həyatı və elmi fəaliyyəti ilə tanış olmaq, onlarla fikir mübadiləsi aparmaq imkanı yaradılmışdır; - Anar Kazımov və Samir Orucov uğurlu şagird elmi layihələrin işlənməsi mexanizmləri, ABŞ məktəblərində şagird elmi layihələrinin hazırlanması təcrübəsinə həsr olunmuş təlimlərdə, eyni zamanda “İnnovasiya və Sahibkarlıq”, “Elm və texnologiyalarda mükəmməllik” mözvularında panellərdə iştirak etmişlər; - YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzinin rəhbərliyi ilə təşkilatın təqdim etdiyi layihələrdə birgə iştirak, Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) ilə əməkdaşlıq perspektivlərinin müzakirəsi;

 

Axtarış

ŞAGİRDİN QEYDİYYATI

(Qeydiyyatdan keçdikdən sonra, siz qeyd etdiyiniz pocta təsdiq üçün elektron məktub gəlməlidir. Gələn məktubların içində görməsəniz, onda SPAM bölməsində axtarın və təsdiq sılkasını tıklayın.)
  • SA-2018-USA1
  • SA-2018-USA2
  • SA-2018-USA3
  • SA-2018-USA4
  • SA-2018-USA5
  • SA-2018-USA6
  • SA-2018-USA7
  • SA-2018-USA8
  • SA-2018-USA9
  • SA-2018_acilish1
  • SA-2018_acilish2
  • SA-2018_acilish3
  • SA-2018_acilish8
  • SA-2018_acilish4
  • SA-2018_acilish5
  • SA-2018_acilish6
  • SA-2018_acilish7
  • SA-2018_acilish9
  • SA-2018_acilish12
  • SA-2018_acilish10
  • SA-2018_acilish11
  • SA-2018_acilish13
  • SA-2018_son1
  • SA-2018_son2
  • SA-2018_son3
  • SA-2018_son4
  • SA-2018_son5
  • SA-2018_son6
  • SA-2018_son7
  • SA-2018_son8
  • SA-2018_son9

Bizimlə əlaqə


Ünvan:  
AZ1025, Azərbaycan Respublikası,

        Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 86

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu

 

Tel.: (+994) 12 599 08 08 (daxili nömrə: 6275)

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi