• Bashli-slayd1
  • Bashli-slayd2
  • Bashli-slayd3

Təşkilatçılar

 

Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Təhsil İnstitutu


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri

Azad Həmkarlar İttifaqı


ELANLAR...


 

 

 

 



 

 

Partnyorlar

 

Regeneron ISEF haqqında

“Sabahin alimləri” IX Respublika Müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərin ISEF müsabiqəsində iştirakı

 

Bildiyiniz kimi, 11-13 fevral 2020-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Konfederasiyası, Heydər Əliyev mərkəzi və British Petroleumun təşkilatçılığı və sponsorluğu ilə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 9-11 sinif şagirdləri arasında  “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçirilmişdir.

Hər il olduğu kimi, bu il də “Sabahın alimləri” müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərimiz Amerika Birləşmiş Ştatlarında ənənəvi olaraq keçirilən ISEF müsabiqəsində Azərbaycan Respublikasını təmsil etməli idilər. Bu ilki müsabiqə 18-22  may 2020-ci il tarixlərdə ABŞ-ın Kaliforniya ştatının Anaheym şəhərində baş tutmalı idi. Əfsuslar olsun ki, dunyada baş vermiş pandemiya nəticəsində mart ayının 22-də minlərlə şagirdin bir araya gələrək virusa yoluxmasının və daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə ISEF təşkilatçıları tərəfindən müsabiqənin əyani keçirilməsi təxirə salınmış və online şəklində keçirilməsi qərara alınmışdır.

Bu məqsədlə Regeneron ISEF müsabiqəsinin təşkilatçısı olan Sosiety for Science and the Public (SSP) tərəfindən müsabiqənin online saytı yaradılmışdır. Həmin saytda müsabiqə iştirakçılarının öz tədqiqat işlərinin video presentasiyalarını və işə aid foto şəkillərin yerləşdirmək imkanı yaradılmışdır. Müsabiqənin münsiflərinə isə məsafədən həmin işləri nəzərdən keçirmək və onları qiymətləndirmək imkanı yaradılmışdır.

 “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin sədri və İSEF müsabiqəsinin Beynəlxalq Münsifi Samir Orucovun rəhbərliyi ilə Azərbaycanı təmsil edən şagirdlərimiz Rüstəmli Emil “Fraktal nəzəriyyəsinin kompüter qrafikasında tətbiqi” adlı, Sadıxova Aylin və Sunan Sila “Günəş enerjisi ilə qidalanan çoxsaylı məhsul sistemi” adlı, Hacıyeva Məryəm və Alşanova Nigar “Baykal başlıq otu dərman bitkisində nanodərmanın sintezi və onların antioksidant, antibakterial aktivliyi” adlı və Bayramov Ruslan “Deep Learning-lə bitkilərin xəstəliklərinin aşkarlanması” adlı layihələrinin video-təqdimatlarını yüksək səviyyədə hazırlamış, saytda yerləşdirmiş  və online müsabiqədə müvəffəqiyyətlə iştirak edərək münsiflər tətəfindən yüksək qiymətləndirilmiş və finalçı medallarına layiq görülmüşdülər. Həmin medallar FedEx beynəlxalq poçt vasitəsi ilə Azərbaycana gətirilmiş və qaliblərə təqdim olunacaqdır.

Qeyd edək ki, 2020-ci ilində keçirilən online müsabiqədə 56 dövlətdən 1030 layihə ilə 1255 finalçı iştirak etmişdirlər.

Intel ISEF-də (Intel International Science and Engineering Fair) Azərbaycan məktəblilərinin iştirakı

     13-18 may, 2018-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində nüfuzlu Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilmişdir. Bu il keçirilən  Beynəlxalq Sərgidə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli iştirak etmişdir. Ölkəmizi bu nüfuzlu müsabiqədə, cari ilin fevral ayında ölkə üzrə “Sabahın alimləri” müsabiqəsinin qalibləri Akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatov Fizika – astronomiya istiqaməti, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə   Kompüter elmləri, İbrahimova Fidan Biologiya istiqaməti üzrə, 238 saylı tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev Ekologiya və ətraf mühitin idarə olunması istiqaməti üzrə layihələrlə iştirak etmişlər. Layihələrdən ikisi, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin yerinə yetirdiyi “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına,   akademik Zərifə Əliyeva adına liseyin X sinifi şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun yerinə yetirdiyi “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyası tərəfindən  1000 ABŞ dolları məbləğində mükafata layiq görülmüşdür. Dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisini adətən “Kiçik Nobel Mükafatı” Müsabiqəsi də adlandırırlar. Təsadüfi deyil ki, 20-dən çox Nobel Mükafatı Laureatı hələ məktəb illərində bu müsabiqədə iştirak etmiş və yerlər tutmuşlar.   Adətən iştirakçıların 30 faizindən çoxu öz elmi layihələrini patentləşdirirlər. Müsabiqənin ən böyük mükafatı olan 75 min ABŞ dolları məbləğində Qordon Mur mükafatının sahibi   Avstarliyalı məktəbli  Oliver Nikols olmuşdur. Onun yerinə yetirdiyi “Kommersiya binalarının pəncərələrinin təmizləmək üçün avtomatik robot prototipi” elmi layihəsi müsabiqənin ən böyük mükafatına layiq görülmüşdür. Hər biri 50 min dollar məbləğində iki  mükafatı isə Arkanzas və Vaşinqtondan olan iki şagird qazanmışlar. Ümumilikdə 600 finalçı öz  innovativ tədqiqatları üçün mükafat qazanmış, hər biri 5000 ABŞ dolları olmaqla 24 “Kateqoriyanın ən yaxşısı” (Best of Category) mükafatı verilmişdir. Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində eyni zamanda müxtəlif elm sahələri üzrə Nobel Mükafatı Laureatlarının həyatı və elmi fəaliyyəti ilə tanış olmaq, onlarla fikir mübadiləsi aparmaq imkanı yaradılmış, uğurlu elmi layihələrin işlənməsi mexanizmlərinə həsr olunmuş təlimlər və “İnnovasiya və Sahibkarlıq”, “Elm və texnologiyalarda” mükəmməllik mözvularında panellər təşkil olunmuşdur. Sərgi çərçivəsində keçirilən “Açıq qapı” günündə şagirlərimizin təqdim etdiyi layihələr ABŞ məktəbliləri və qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

     Sərgi çərçivəsində təşkil olunan  “Tələbələr üçün nişan mübadiləsi” (“Student Pin Exchange”) çərçivəsində Azərbaycanın atributları, tarixi və mədəniyyətini əks etdirən nişanlar və hədiyyələr müxtəlif ölkələrdən olan şagirdlərə təqdim edilmişdir. Müsabiqədə ökəmizi təmsil edən 4 layihədən ikisi, Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin yerinə yetirdiyi “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına,   akademik Zərifə Əliyeva adına liseyin X sinifi şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun yerinə yetirdiyi  “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyası tərəfindən  1000 ABŞ dolları məbləğində mükafata layiq görülmüşdür; - İştirakçılar üçün  müxtəlif elm sahələri üzrə Nobel Mükafatı Laureatlarının həyatı və elmi fəaliyyəti ilə tanış olmaq, onlarla fikir mübadiləsi aparmaq imkanı yaradılmışdır; - Anar Kazımov və Samir Orucov uğurlu şagird elmi layihələrin işlənməsi mexanizmləri, ABŞ məktəblərində şagird elmi layihələrinin hazırlanması təcrübəsinə həsr olunmuş təlimlərdə, eyni zamanda “İnnovasiya və Sahibkarlıq”, “Elm və texnologiyalarda mükəmməllik” mözvularında panellərdə iştirak etmişlər; - YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzinin rəhbərliyi ilə təşkilatın təqdim etdiyi layihələrdə birgə iştirak, Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) ilə əməkdaşlıq perspektivlərinin müzakirəsi;

 

Intel ISEF-də (Intel International Science and Engineering Fair) Azərbaycan məktəblilərinin iştirakı

2017-ci ildə ölkəmizi Intel ISEF-də “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibləri sırasından seçilmiş 5 şagird dörd layihə ilə təmsil etmişdir:

Nağızadə Elşən Elnur oğlu, “ElHyOS İnnovativ Əməliyyat Sistemi”, Bakı şəhəri, 291 nömrəli Ekologiya liseyi;

Muradlı Qüdrət Pənah oğlu, “Ətraf mühitin çirklənməsinin, neft-qazın itkiyə yönəlməsinin qarşısının alınması”, Şirvan şəhəri, İstək Liseyi;

Alışev Elgün Rafiq oğlu, “Eşitmə qabiliyyəti  zəif olan insanlar üçün vizual köməkçi”, Bakı şəhəri, 299 nömrəli məktəb-lisey;

Kalyayev Timur Canbulatoviç və Səlimov Həmid Savalanoviç, “Təyyarənin buzlaşmasına qarşı pyezoelektrik sistemi”, Bakı Avropa Liseyi.

 

 

2017-ci il 14-19 may tarixlərində ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilmış Intel ISEF-də 77 ölkədən 1700 çox məktəbli iştirak etmişdir. Mükafat fondu 4 mln ABŞ dolları təşkil edən bu Sərginin əsas mükafatları İntel korporasiyası və İntel fondu tərəfindən ayrılmışdır. Bundan əlavə, onlarla kompaniya, qeyri-kommersiya təşkilatları, ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən də xüsusi mükafatlar təsis edilmişdir.

 

Azərbaycanlı məktəbliləri Intel ISEF-də iştirak etdiyi 6 il ərzində bir dəfə müsabiqənin əsas mükafatlarından birini, üç dəfə xüsusi mükafatlar qazanıblar, o cümlədən 2017-ci ildə Robotexnika ve süni intellekt kateqoriyasında iştirak edən Elgün Alışev “Eşitmə qabiliyyəti  zəif olan insanlar üçün vizual köməkçi” adlı layihəsinə görə Qətərin Tədqiqatlar və İşləmələr Fondunun xüsusi mükafatına layiq görülüb. O, müxtəlif ölkələrdə yaşayan və müxtəlif bədən dillərindən istifadə edən lal-kar insanlara ünsiyyət qurmaq imkanı verən elektron vizual köməkçi hazırlayıb və öz layihəsini uğurla təqdim edə bilib.

 

Intel ISEF-in ən yüksək mükafatlarına layiq görülmüş məktəblilər

 

Intel ISEF-in ən yüksək mükafatı olan Qordon Mur mükafatını ($75 000) Almaniyanın Hessen şəhərində  yaşayan 18 yaşlı İvo Zell (Evo Zell) layiq görüldü.

İvo Zell yeni təyyarə konstruksiyası və dizaynı yaratmışdır. Onun təqdim etdiyi Uçan Qanad prototipi həm enerjiyə qənaət, həm də iqdisadi səmərəliliyi baxımından çox effektivdir. Konstruksiyanın zəngəbənzər amortizatorları turbulent şəraitlərdə təyyarənin salonunu daha stabil saxlamağa, yeni proqram təminatı isə təyyarənin aparat hissəsini daha tez monitorinq etməyə imkan yaradır.

 

Gənc alimlər üçün Intel Foundation tərəfindən təsis edilmiş 50 000 ABŞ dolları məbləğində olan 2 mükafatdan birini Floridanın (ABŞ) Vindermir şəhərində yaşayan 18 yaşlı Ember Yang layiq görüldü.

Onun layihəsi neyron şəbəkədən ibarət suni intellektin yaradılmasına həsr olunur. Bu şəbəkə Yer kürəsinin orbitində yerləşən kosmik zibilin pozisiyasını tapmağa kömək edir. 500 000-dən çox kosmik obyekt 2015-ci ildə buraxılan şatla ziyan vurduğu nəzərə alınarsa, bu, layihənin aktuallığını  təsdiq edir.  Ember Yanqınyaratdığı alqoritm kosmik zibilin pozisiyasını dəqiq tapır.

 

Gənc Alimlər üçün Intel Foundation tərəfindən təsis edilmiş 50 000 ABŞ dolları olan ikinci mükafatı İtaliyanın Kastelnovo Kalsiya şəhərində yaşayan 17 yaşlı Valerio Paqliarinolayiq görüldü.

Layihə tamamilə yeni fayl ötürməsi metodudur. Bu ötürmə tipində fayllar lazerlə simsiz bölünmə metodu ilə göndərilir. Valerionun yaratdığı metod bütün serverlərin buraxma trafikindən daha çoxdur. Həm LAN həm də WAN şəbəkələrindən daha sürətlidir. Standart şəbəkələrdən fərqli olaraq bu otürmə tamamilə ətraf mühitdən asılı deyil, desentral olaraq hər bir şəraitdə internet bağlantısı vermək bacarığındadır. 

 

 

ABŞ-da keçirilən Intel ISEF-in iştirakçısı olan 

məktəblilərimizin təəssüratlarlı

 

Elgün Alışev

Участие в конкурсе Intel ISEF оставило у меня очень яркие воспоминания. Данный конкурс дал нам возможность представить свой проект в международном масштабе. А также мы имели возможность познакомиться со своими сверстниками из разных стран. На конкурсе Intel ISEF, общаясь с разными людьми, ты понимаешь, что ты представляешь не только себя, но и свою страну, и поэтому ты чувствуешь, какая ответственность лежит на твоих плечах. Следует отметить и тот факт, что из каждой страны или региона отбираются школьники, у которых есть чему поучиться другим. На протяжении всей недели прохождения конкурса мы могли обмениваться своими мыслями с другими участниками конкурса, а самое главное, с лауреатами Нобелевской премии. Слушая речи лауреатов Нобелевской премии, я понял одно: надо двигаться вперед несмотря на встречающиеся препятствия.

Очень памятным является день, когда победителям вручают награды. Во время церемонии награждения сердце бьется еще сильнее, так как тебе очень хочется услышать свое имя и  название своей страны. И когда наступает такой момент, ты с гордостью выходишь на сцену и понимаешь, что смог достойно представить свою страну Азербайджан.

Полученный опыт, пережитые за эту неделю эмоции навсегда останутся в моей памяти.

 

Elşən Nağızadə

     Участие в конкурсе Intel ISEF произвело на меня огромное впечатление. Возможность представить свой проект судьям со всего мира я расцениваю как большую честь для себя. Ведь этот конкурс позволил мне увидеть все слабые и сильные стороны моего проекта, он предоставил мне возможность пообщаться с другими участниками со всех концов света, а также интеллектуальную среду, где можно поделиться идеями с Нобелевскими лауреатами, судьями и другими участниками. Той дружественной атмосферой, которую поддерживали на конкурсе Intel ISEF не может похвастаться ни один другой конкурс. Больше всего мне запомнился день оценивания наших работ, где я успел показать свой проект множеству судей и экспертов, а также узнал много нового о развитии компьютеров и технологий в целом. Еще одним из моментов, который я буду помнить всю жизнь, является моя встреча с лауреатом Нобелевской премии,  профессором биологии Массачусетского технологического института, доктором Робертом Хорвицем. Я взял у него автограф и задал пару интересующих меня вопросов о будущем искусственного интеллекта.

О Лос-Анджелесе как о городе я могу сказать одно - это цитадель всей киноиндустрии, музыкальных лэйблов и IT компаний.

После возращения на родину я долгое время пребывал в состоянии эйфории, и я очень счастлив, что мне выпала возможность представлять нашу страну на столь восхитительном конкурсе.

 

Timur Kalyayev

     Научный конкурс Intel İSEF 2017 проходил очень интересно, так что скучать не приходилось. Каждый из нас завел новых знакомых как среди школьников, которые интересуются наукой, так и среди профессоров, которые приходили ознакомиться с нашими проектами. Мы замечательно провели время в Голливуде: посетили аллею звезд, первый в мире кинотеатр, а также побывали в Universal Studios. Церемония открытия конкурса тоже была незабываемой. Но самое главное - мы стали ещё ближе с таким понятием как наука.

  

Həmid Səlimov

     Неделя проведенная в Лос-Анджелесе произвела на меня большое впечатление. Меня поразили масштаб конкурса и подход к его организации. Intel ISEF - это не просто соревнование, но и возможность пообщаться и обменяться идеями со сверстниками из 79 стран, учеными и предпринимателями. Мультинациональность, предпринимательский дух и научный подход формируют потрясающую атмосферу, которая подарила мне незабываемые воспоминания, бесценный опыт а также мотивацию к углублению своих знаний и их применению на практике.

 

     Qüdrət Muradlı

Mən çox maraqlı tədbirin iştrakçısı oldum. İlk olaraq yarış mərkəzinə gedib qeydiyyatdan keçdik və posterlərimizi quraşdırdıq. Nahardan sonra, demək olar ki, hər şey hazır  idi. Növbəti gün "Hollywood"a ekskursiyaya getdik və çox maraqlı yerlərlə tanış olduq, Hollivudun tarixinə dair məlumatlar əldə etdik. Həmin axşam müsabiqənin möhtəşəm açılış mərasimi keçirildi. Yarışda dünyanın əksər ölkələrinin komandaları iştrak edirdi. Açılışın səhəri günü Nobel mükafatçıları ilə təşkil  olunan paneldə biz onların elmlə bağlı fikirlərini dinlədik, sonra isə onlara sual vermək və onlarla şəkil çəkdirmək imkanından istifadə etdik. Müsabiqənin üçüncü günü layihələrin qiymətləndirilməsi həyata keçirilirdi. Mənə 10 münsif yaxınlaşdı. Dünyanın tanınmış alimləri ilə ünsiyyət qurmaq və layihəmə dair onların suallarını cavablandırmaq, fikirlərini eşitmək mənə nəsib oldu. O günün axşamı Hollivudda yerləşən "Universal Studios"yə getdik. Gözəl yer idi, orada həm  filmlərin çəkilişi haqda məlumat topladıq, həm də müxtəlif atraksionlarda əyləndik. Dördüncü günün birinci yarısıda “açıq qapı” saatları,  ikinci yarısında isə xüsusi mükafatların təqdimolunma mərasimi oldu. Və nəhayət, beşinci gün müsabiqənin əsas mükafatlarının təqdimolunma mərasimi keçirildi.  Bu yarışda yer tutmasam da, yeni təcrübə topladım və elmə olan marağım daha da artdı.

Bu şəraiti biz gənclər üçün yaradan Təhsil Nazirliyinə, digər nazirlik və təşkilatlara, eləcə də əməyi olan hər kəsə minnətdarlağımı bildirirəm. 

Intel International Science and Engineering Fair

(İntel İSEF) Sərgisində Azərbaycan məktəblilərinin iştirakı

 

2016-cı ildə ölkəmizi İntel İSEF-də “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibləri sırasından seçilmiş 6 şagird üç layihə ilə təmsil etmişdir:

Məmmədova Arzu Eldar qızı və Aydarova Nərmin Rüstəm qızı, “Разработка материалов для гибкой электроники и оптоэлектронных устройств”, Bakı Avropa liseyi;

Sərdarlı Mədət Rauf oğlu və Sərdarlı Nigar Rauf qızı, “Генерация и детектирование терагерцовых (THz) волн кристаллами GaSe и InSe”, Akademik Z.Əliyeva adına lisey;

Əliyeva Ayşən Xalid qızı və Əliyev Əli Fuad oğlu, “Применение новых органических композиций для повышения нефтеотдачи истощенных нефтяных месторождений”, Akademik Z.Əliyeva adına lisey. 

 

Intel ISEF 2015

İntel İSEF - 2011

2011-ci ilin 9-13 may tarixlərində Intel ISEF-in 62-ci müsabiqəsi ABŞ-ın Los Anceles şəhərində (Kaliforniya ştatıtəşkil edilmişdir. Müsabiqədə 65 ölkədə keçirilmiş 443 seçim müsabiqələrinin qalibləri olan 1500-dən çox finalçı şagird iştirak edirdi. Avropa, Yaxın Şərq və Afrika regionunun 33 ölkəsindən müsabiqəyə 198 şagird qatılmışdır. MDB-yə üzv olan dövlətlərdən Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxıstanın şagirdləri öz layihələri ilə iştirak edirdi. 

Dünyamızı dəyişməyə doğru ilhamlanaq

 ISEF
ELM VƏ XALQ NAMİNƏ CƏMİYYƏT
Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisi
Beynəlxalq Qayda və Təlimatlar

 Məktəb şagirdlərinin elmi-tədqiqat layihələri üzrə Beynəlxalq Qaydalar: 
Elm və Mühəndislik Sərgisinə dair Təlimatlar

Intel ISEF haqqında

Intel ISEF (Intel International Science and Engineering Fair) Beynəlxalq Elm və Mühəndislik Sərgisi - ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. Bu, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədir.

 Müsabiqənin əsas təşkilatçısı və sponsoru İntel korporasiyasıdır.

  

"Sabahın alimləri" Respublika Müsabiqəsi  2012-ci il 23-24 fevral tarixlərində Bakı şəhərində keçirilmişdir.  Bu müsbiqə ABŞ-da keçirilən İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İSEF) çərçivəsində təşkil olunmuşdur. Müsabiqə barədə məlumat İntel İSEF-in aşağıdakı saytında yerləşdirilib: 
http://apps.societyforscience.org/find_a_fair/fairlist.cfm?FairYear=2012&state=AZERBAIJAN. 
Müsabiqənin qalibləri sırasından seçilmiş 5 Azərbaycan məktəblisi 2012-cil 13-18 may tarixində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən  Intel ISEF  Sərgisində iştirak etmişdir.

Axtarış

ŞAGİRDİN QEYDİYYATI

(Qeydiyyatdan keçdikdən sonra, siz qeyd etdiyiniz pocta təsdiq üçün elektron məktub gəlməlidir. Gələn məktubların içində görməsəniz, onda SPAM bölməsində axtarın və təsdiq sılkasını tıklayın.)
  • SA-2018-USA1
  • SA-2018-USA2
  • SA-2018-USA3
  • SA-2018-USA4
  • SA-2018-USA5
  • SA-2018-USA6
  • SA-2018-USA7
  • SA-2018-USA8
  • SA-2018-USA9
  • SA-2018_acilish1
  • SA-2018_acilish2
  • SA-2018_acilish3
  • SA-2018_acilish8
  • SA-2018_acilish4
  • SA-2018_acilish5
  • SA-2018_acilish6
  • SA-2018_acilish7
  • SA-2018_acilish9
  • SA-2018_acilish12
  • SA-2018_acilish10
  • SA-2018_acilish11
  • SA-2018_acilish13
  • SA-2018_son1
  • SA-2018_son2
  • SA-2018_son3
  • SA-2018_son4
  • SA-2018_son5
  • SA-2018_son6
  • SA-2018_son7
  • SA-2018_son8
  • SA-2018_son9

Bizimlə əlaqə


Ünvan:  
AZ1025, Azərbaycan Respublikası,

        Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 86

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu

 

Tel.: (+994) 12 599 08 08 (daxili nömrə: 6275)

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi