• Bashli-slayd1
  • Bashli-slayd2
  • Bashli-slayd3

Təşkilatçılar

 

Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Təhsil İnstitutu


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri

Azad Həmkarlar İttifaqı


ELANLAR...

 

 

 

 



 

 

Partnyorlar

 

 

Intel ISEF 2015

    2015-ci il 10-15 may tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində Society for Science & the Public qeyri‑kommersiya təşkilatının hamiliyi ilə Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilmişdir. Bu Sərgidə “Sabahın alimləri” Respublika Müsabiqəsinin qalibləri sırasından seçilmiş 7 Azərbaycan məktəblisi, o cümlədən:

  • Sərdarlı Nigar Rauf qızı və Sərdarlı Mədət Rauf oğlu – Bakı ş, Akademik Z.Əliyeva adına liseyin şagirdləri, “Topoloji izolyatorlarda birölçülü nanohissəciklərin əsasında mini-kondensatorların hazırlanması” adlı layihə ilə;
  • Muradov Cəmil Həbibulla oğlu, Muradov Rüstəm Həbibulla oğlu – Bakı Avropa Liseyinin şagirdləri, “Silisium n nanohissəciklərinin optik özəklərdə tətbiqi” adlı layihə ilə;
  • Həsənzadə Rəna Yusif qızı, Əliyeva Ləman Rəşad qızı – BDU-nun Gənc İstedadlar Liseyinin şagirdləri, “Metal nanohissəciklərinin alınması, stabilləşdirilməsi və neftçıxarmaya tətbiqi” adlı layihə ilə;
  • Qabiyev İkram Emil oğlu – Bakı şəhəri, Ankara məktəb-liseyinin şagirdi, “Yeni alternativ enerji növü” adlı layihə ilə iştirak etmişdir.

 

   Azərbaycan məktəbliləri İntel İSEF-də 4-cü dəfədir ki iştirak edirdi. Onların layihələri maraqla qarşılansa da, mükafat qazanmaq bizim məktəblilərə nəsib olmadı. Bu Sərgidə mükafat yalnız bir dəfə 2012-ci ildə Special Award nominasiyasında qazanılmışdı. Buna baxmayaraq belə müsabiqələr və onlara hazırlıq mərhələsi ölkəmizdə təhsilin inkişafı üçün çox vacibdir. Ona görə ki, həmin tədbirlərdə bizim şagirdlər tədqiqat aparmaq, layihə yazmaq, onu təqdim etmək bacarıqlarını qazanır, dünyanın digər ölkələrində yaşayan həmyaşıdlarının tədqiqatları ilə tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda İntel İSEF gənclərə imkan verir ki, onlar Nobel mükafatı laureatları ilə görüşlərdə iştirak etsinlər, onları maraqlandıran sualları dünyanın seçilmiş alimlərinə verə bilsinlər. Bütün bunlar gənclərin dünyagörüşünü artırır, nailiyyət qazanmaq üçün motivasiya yaradır.

   Bu yarışmada yalnız mükafat qazanmaq əsas şərt deyil. Bu yarışma şagirdlərin tədqiqatlara olan həvəsinin artırılmasına, eləcə də müxtəlif ölkələrdən gələn gənclər arasında dostluq əlaqələrinin yaradılmasına xidmət edir.

 

   Hər il olduğu kimi, şagird layihələrinə baxışla paralel olaraq, “İntel İSEF-in Təhsil Akademiyası” fəaliyyət götərirdi. Nümayəndə heyətimizin üzvlərindən Gültəkin Hüseynova, Anar Qocayev və Samir Orucov Təhsil Akademiyasında iştirak edərək müxtəlif ölkələrin təhsillə elmin inteqrasiyası sahəsindəki təcrübəsi ilə tanış oldu, İntel Təhsil layihələri üzrə menecerlərin və Nobel mükafatı laureatı Martin Çalfinin çıxışlarını dinlədi, İntel korporasiyası tərəfindən şagird tədqiqatlarına və STEM təhsilin təşkilinə dair elektron resurslar əldə etdilər. Təhsil Akademiyasının iştirakçıları ilə keçirilən görüşlər zamanı xarici həmkarlara, o cümlədən MDB-yə üzv ölkələrin nümayəndələrinə Azərbaycanda həyata keçirilən Təhsil layihələri, habelə “Sabahın alimləri” Müsabiqəsi barədə məlumat verildi, fikir mübadiləsi aparıldı və birgə əməkdaşlıq üçün zəmin yaradıldı.

 

   İntel İSEF (Intel International Science and Engineering Fair) 13-18 yaşlı şagirdlər arasında keçirilən ən böyük müsabiqədir. 2015-ci ildə bu müsabiqədə dünyanın 75 ölkəsinin 422 regional müsabiqəsi tərəfindən seçilmiş 1700-dən çox gənc - gələcəyin alimləri, ixtiraçıları, sahibkarları iştirak etmişdir. Mükafat fondu 4 mln ABŞ dolları olan bu Sərginin əsas mükafatları İntel korporasiyası və İntel Fondation fondu tərəfindən ayrılmışdır. Bundan əlavə onlarla kompaniya, qeyri-kommersiya təşkilatları, təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən də xüsusi mükafatlar (Special Award) təsis edilmiş və finalçılara təqdim olunmuşdur.

   Intel ISEF-in ən yüksək mükafatına (75 min dollar məbləğində Qordon Mur mükafatı) 17 yaşlı Kanadalı Reymond Vanq (Raymond Wang) təyyarələr üçün yeni havalandırma sisteminin yaradılmasına görə layiq görüldü. Onun yartdığı sistem istifadə olunan sistemlərlə müqayisədə təmiz havanın təyyarə salonuna daxil olmasını 190%-dən çox artırır, xəstəlik törədən miqroorqanizmlərin qatılığını isə 55 dəfəyədək azaldır. Bu yenilik mövcud təyyarələrdə asan və ucuz yolla quraşdırıla bilər.

 

   50 min dollar məbləğində olan iki mükafatdan («The Intel Foundation Young Scientist Awards») birini 16 yaşlı Kanadalı Nikol Tisia (Nicole Ticea ) aztəminatlı əhali təbəqəsi arasında QİDS-infeksiyasının geniş yayılmasına qarşı ucuz və istifadəsi sadə olan qurğu hazırladığına görə qazandı. Onun birdəfəlik istifadə üçün hazırladığı qurğu elektrik yüklənməsini tələb etmir və nəticələri 1 saat müddətinə verir. İlkin hesablamalara görə həmin qurğunun istehsal dəyəri 5 dollardan az ola bilər. Tisia artıq özünün xüsusi şirkətini yaratmış və bu yaxınlarda öz texnologiyasının işlənib hazırlanmasını davam etdirmək üçün 100 min dollar qrant almışdır.

   50 min dollar məbləğində olan ikinci mükafatı isə Frendsvud şəhərində (Texas ştatı) yaşayan 18 yaşlı Karan Jerat (Karan Jerath) qəza baş verdiyi hallarda sualtı neft quyularının tez və təhlükəsiz bərpasına imkan verən qurğunun təkmilləşdirilməsi və testən keçirilməsinə görə layiq görüldü. Jerat hazırladığı sistem təbii qaz, neft və dəniz suyunun ayrılmasını həyata keçirir. Bu yenilik müxtəlif dərinliklərdə, müxtəlif diametrli və tərkibli mayelər axan borularda istifadə olunduqda boruların tutulmasına səbəb olan metan hidratının əmələ gəlməsinin qarşısını ala bilir.

   İntel Foundation fondunun direktoru Vendi Hokins (Wendy Hawkins) bağlanış mərasimindəki nitqində dedi: “İntel hesab edir ki, gələcəyin innovasiyalarının yaradılmasında gənclər çox mühüm rol oynayır və gələcəkdə rast gələcəyimiz çətinliklərə qarşı durmaq üçün elmlə, texnologiyalarla, layihələndirmə və riyaziyyatla məşğul olan tələbələr lazımdır. Ümid edirik ki, bu ilin qalibləri başqa gənc oğlan və qızları həvəsləndirəcək, onların elmə olan maraqlarını, kreativliyini və yaradıcılığını inkişaf etdirəcək”.

   Bu il keçirilən İntel İSEF-də əsas qaliblərdən başqa 600-ə qədər finalçı öz tədqiqat layihələrinə görə mükafatlandırıldı, o cümlədən ayrı-ayrı istiqamətlər üzrə ən yaxşı işlərə görə 20 iştirakçı 5 min dollara layiq görüldü. İntel Foundation həmçinin qaliblərin oxuduqları hər bir məktəbə və onların iştirak etdiyi milli müsabiqələrə 1 min dollar təqdim etdi.

   Society for Science & the Public – qeyri-kommersiya təşkilatıdır, onun fəaliyyəti təhsilin təkmilləşdirilməsinə və cəmiyyətin elmi tədqiqatların inkişafında fəal iştirakına yönəlmişdir. Bu təşkilat yarandığı gündən (1950-ci il) İSEF-in proqramını reallaşdırır.

   Society for Science & the Public təşkilatının prezidenti və baş icraçı direktoru Maya Acmera (Maya Ajmera) öz çıxışında vurğuladı ki, “Biz Reymondu, Nikolu və Karanı təbrik edirik! Müsabiqə qalibi statusu onların çox gənc yaşlarında müstəsna bir işin həyata keçirilməsini təsdiq edir. Biz onların və İntel İnternational Science and Engineering Fair Sərgisinin digər finançılarının texnika elmləri sahəsində inkişafının necə davam edəcəyini səbirsizliklə gözləyirik. Bu istedadlı oğlanlar və qızlar gənc nəslin innovatorlarıdır”.

   İntel İnternational Science and Engineering Fair Sərgisi ən görkəmli gənc alimləri, ixtisasçıları və mühəndislərin aşkarlanmasına xidmət edir. Layihələr qiymətləndirilməsinə müxtəlif elmləri əhatə edən 1000 hakim cəlb olunur. Bütün finalçıların tam siyahısı İntel İnternational Science and Engineering Fair-2015 saytında yerləşdirilmiş və onların iştirakı ilə bağlı xərclər İntel korporasiyası və İntel Foundation tərəfindən maliyyələşdirilmişdir.

   Intel korporasiyası 1997-ci ildən etibarən ISEF-in baş sponsoru kimi bu müsabiqəni özünün Intel “Təhsildə novatorluq” korporativ proqramı çərçivəsində, habelə Intel Foundation xeyriyyə fondunun dəstəyi ilə təşkil edir. Intel ISEF və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.

Axtarış

  • SA-2018-USA1
  • SA-2018-USA2
  • SA-2018-USA3
  • SA-2018-USA4
  • SA-2018-USA5
  • SA-2018-USA6
  • SA-2018-USA7
  • SA-2018-USA8
  • SA-2018-USA9
  • SA-2018_acilish1
  • SA-2018_acilish2
  • SA-2018_acilish3
  • SA-2018_acilish8
  • SA-2018_acilish4
  • SA-2018_acilish5
  • SA-2018_acilish6
  • SA-2018_acilish7
  • SA-2018_acilish9
  • SA-2018_acilish12
  • SA-2018_acilish10
  • SA-2018_acilish11
  • SA-2018_acilish13
  • SA-2018_son1
  • SA-2018_son2
  • SA-2018_son3
  • SA-2018_son4
  • SA-2018_son5
  • SA-2018_son6
  • SA-2018_son7
  • SA-2018_son8
  • SA-2018_son9

Bizimlə əlaqə


Ünvan:  
AZ1025, Azərbaycan Respublikası,

        Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 86

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu

 

Tel.: (+994) 12 599 08 08 (daxili nömrə: 6275)

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi