• Poster-21
  • Poster-22
  • Poster-23
  • Poster-27
  • Poster-28
  • Poster-29
  • Poster-30
  • Poster-31
  • Poster-32
  • Poster-33
  • Poster-06
  • Poster-07
  • Poster-08
  • Poster-10

Təşkilatçılar

 

Azərbaycan Respublikasının

Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri Azad

Həmkarlar İttifaqı Respublika Komitəsi


ELANLAR

 

 

 

 

 


 

 

Partnyorlar

 

"Sabahın alimləri" Respublika Müsabiqəsi  2013-cü il 8-9 fevral tarixlərində Bakı şəhərində keçirilmişdir.  Bu müsbiqə ABŞ-da keçirilən İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İSEF) çərçivəsində təşkil olunmuşdur. Müsabiqə barədə məlumat İntel İSEF-in aşağıdakı saytında yerləşdirilib: 

http://student.societyforscience.org/intel-isef

 

  Müsabiqə hər il ABŞ-da keçirilən və şagirdəlin elmi və mühəndislik yaradıcılıgına həsr olunan İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərşivəsində və onun dəstəyi ilə 2013-cü il 8-9 fevral tarixlərində təşkil olunmuşdur

 

 

İntel İSEF 2013: böyük elmə aparan yol

 

    2013-cü il 13-18 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində yuxarı sinif şagirdləri üçün 64-cü Intel International Science and Engineering Fair (İntel İSEF) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilmişdir. Bu Sərgidə ölkəmizi “Sabahın alimləri” II Respublika Müsabiqəsinin qalibləri sırasından seçilmiş 5 şagird, o cümlədən Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Elnur Əliyev və Suad Baxşıyev, Bakı Dövlət Universitetinin nəzdindəki Gənc İstedadlar liseyinin şagirdləri Nuru Nurdil, Mustafa Hacıyev və Vəfa Tağıyeva təmsil etmişlər. Həmin şagirdlərin Beynəlxalq Sərgidə nümayiş etdirdikləri 3 tədqiqat layihəsi və çıxışları Beynəlxalq jürinin və həmyaşıdlarının marağına səbəb olmuş və onların rəğbətini qazanmışdır.

   İntel İSEF-in final mərhələsinə dünyanın 72 ölkəsində keçirilmiş 433 müsabiqə tərəfindən seçilən 1600-ə yaxın şagird qatılmışdır. MDB dövlətlərini Azərbaycan, Belarus, Kazaxıstan, Moldova, Rusiya və Unraynada keçirilmiş 12 regional müsabiqələr tərəfindən seçilən 49 şagird təmsil etmişdir.

   Finalda şagirdlərin layihələri beynəlxalq jüri tərəfindən qiymətləndirilmişdir. Jürinin tərkibinə hər il olduğu kimi Nobel mükafatı laureatları, müxtəlif elm sahələrini və ölkələri təmsil edən alimlər daxil edilmişdir. Bizim ölkəmiz beynəlxalq jüridə ilk dəfə olaraq təmsil olunmuşdur. Azərbaycanlı alim, ASAIF və CES-in həmtəsisçisi Rüfət Əzizov İntel İSEF-in jüri heyətinə dəvət almış və final mərhələdə layihələrin qiymətləndirilməsində iştirak etmişdir.

   İntel İSEF-də iştirak edən 500-dən çox finalçı öz liyihəsinə görə müxtəlif mükafat və xüsusi prizlərə layiq görülmüşlər. Əsas mükafatlar İntel korporasiyası və Intel Foundation xeyriyyə fondu tərəfindən təsis edilmişdir. Xususi prizlərin və mükafatların təsisçiləri isə onlarla qeyri-kommersiya təşkilatları, kompaniyalar, universitetlər və elmi tədqiqat müəssisələri olmuşdur. Bu il İntel İSEF-in ümumi mükafat fondu 4 mln ABŞ dollarından artıq olmuşdur.

   Sərginin ən yüksək mükafatı olan Qordon Mur mükafatına (75000 $) Rumıniyadan 19 yaşlı Yonut Budisteanu, İntel Fondunun Gənc Alimlər mükafatına (hər biri 50000 $ olmaqla) isə ABŞ-dan olan iki şagird - Eeşa Xare və Henri Lin layiq görülmüşlər.

   Yonut Budisteanu öz müsahibəsində “Kiçik sərmayə ilə başa gələn və süni intellekt əsasında özünü idarə edən avtomobil” adlı layihəsinin qlobal problemin həllinə həsr olunduğunu bildirmişdir. O, qeyd etmişdir ki, 2004-cü il ərzində avtomobil qəzası dünyada 2,5 million insanın ölümünə səbəb olmuşdur ki, bunun da 87%-i sürücü xətası üzündən baş vermişdir. Yonutun hazırladığı 3-D radar və kameralarla təchiz olunan avtomobil yol xətlərinin və bordürlərin real vaxta nəzərə almaqla öz hərəkətinin idarə olunmasını təmin edir.

   18 yaşlı Eeşa Xarenin hazırladığı çox kiçik cihaz mobil telefonların batareyalarında yerləşdirildikdə onları cəmi 20-30 saniyə ərzində enerji ilə tam təmin edir. Bu cihaz həm də avtomobil batareyalarına əlavə oluna bilər.

   17 yaşlı Henri Lin isə İntel Fondunun Gənc Alim mükafatına astrofizika sahəsində əldə etdiyi yeni biliklərə görə layiq görülmüşdür. 

   Hər il olduğu kimi, şagird layihələrinə baxışla paralel, “İntel İSEF-in Təhsil Akademiyası” adlı Beynəlxalq konfrans da keçirilmişdir. Konfrans zamanı Nobel mükafatı laureatları ilə görüşlər və seminarlar təşkil edilmişdir. Həmin seminarlarda elmin populyarlaşdırılması, şagirdlərin elmi tədqiqatlara cəlb edilməsi, elmi müsabiqələrin təşkili, habelə şagirdlərin elmi tədqiqat fəaliyyətinə marağının artırılmasına dair müxtəlif ölkələrin təcrübələri barədə təqdimatlar dinlənilmiş və müzakirələr aparılmışdır.

   Nümayəndə heyətimizin üzvləri Elşən Hüseynov, Aygün Əzizova və Xuraman Məmmədova Təhsil Akademiyasında iştirak edərək müxtəlif ölkələrin təhsillə elmin inteqrasiyası sahəsindəki təcrübəsi ilə daha yaxından tanış olmuş, İntel Təhsil layihələri üzrə ölkə menecerlərinin və Nobel mükafatı laureatı M.Bişopun çıxışlarını, həmçinin elmin inkişafına təkan verə biləcək yeni modellərin təqdimatını dinləmişlər. Görüşlər zamanı xarici həmkarlara Azərbaycanda həyata keçirilən İntel Təhsil layihələri barədə məlumat verilmiş, onlarla fikir mübadiləsi aparılmış və birgə əməkdaşlıq üçün zəmin yaradılmışdır.


   Intel ISEF müsabiqəsi 1950-ci ildən başlayaraq ABŞ-ın Society for Science and the Public (Elm və Xalq naminə Cəmiyyət) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən Intel korporasiyası ISEF-in baş sponsoru kimi bu müsabiqəni özünün Intel “Təhsildə novatorluq” korporativ proqramı çərçivəsində, habelə Intel Foundation xeyriyyə fondunun dəstəyi ilə təşkil edir. Intel ISEF və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.

   Bu yarışmada yalnız mükafat qazanmaq əsas şərt deyil. Şagirdlərə dünyanın görkəmli alim və mühəndisləri, Nobel mükafatı laureatları ilə ünsiyyətdə olmaq, onlara sual vermək və apardıqları tədqiqatların perspektivləri barədə onların rəyini bilmək kimi unikal bir fürsət verilir. Bundan əlavə, bu yarışma şagirdlərin dünyagörüşünün və tədqiqatlara olan həvəsinin artmasına, eləcə də müxtəlif ölkələrdən gələn gənclər arasında dostluq əlaqələrinin yaradılmasına xidmət edir.

   Azərbaycan İntel İSEF-ə 2011-ci ildə qoşulmuşdur. 2013-cü ildə Azərbaycan komandası ikinci dəfə İntel İSEF-də iştirak edib. Beynəlxalq Sərgiyə seçim “Sabahın alimləri” Respublika Müsabiqəsi tərəfindən həyata keçirilir. Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəd təşkilatıdır.

   2014-cu ildə İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinin 11-16 may tarixlərində ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.

 

Axtarış

MÜƏLLİMLƏRİN QEYDİYYATI

ŞAGİRDİN QEYDİYYATI

  • SA-acilish01
  • SA-acilish02
  • SA-acilish03
  • SA-acilish04
  • SA-acilish05
  • SA-acilish06
  • SA-acilish07
  • SA-acilish08
  • SA-acilish09
  • SA-acilish10
  • SA-acilish11
  • SA-acilish12
  • SA-acilish13
  • SA-acilish14
  • SA-acilish15
  • SA-acilish16
  • SA-Baglanish17
  • SA-Baglanish18
  • SA-Baglanish19
  • SA-Baglanish20
  • SA-Baglanish21
  • SA-Baglanish22
  • SA-Baglanish23
  • SA-Baglanish24
  • SA-Baglanish25
  • SA-Baglanish26
  • SA-Baglanish27
  • SA-Baglanish28
  • SA-Baglanish29
  • SA-Baglanish30
  • SA-Baglanish31
  • SA-Baglanish32
  • SA-Baglanish33
  • SA-Baglanish34

Bizimlə əlaqə


Ünvan: 
AZ 1148, Bakı, Əhməd Cəmil kucesi 41A;
 

Tel.: (+994) 12 538 31 51
 

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi