• Poster-21
  • Poster-22
  • Poster-23
  • Poster-27
  • Poster-28
  • Poster-29
  • Poster-30
  • Poster-31
  • Poster-32
  • Poster-33
  • Poster-06
  • Poster-07
  • Poster-08
  • Poster-10

Təşkilatçılar

 

Azərbaycan Respublikasının

Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri Azad

Həmkarlar İttifaqı Respublika Komitəsi


ELANLAR

 

 

 

 

 


 

 

Partnyorlar

 

İntel İSEF - 2011

2011-ci ilin 9-13 may tarixlərində Intel ISEF-in 62-ci müsabiqəsi ABŞ-ın Los Anceles şəhərində (Kaliforniya ştatıtəşkil edilmişdir. Müsabiqədə 65 ölkədə keçirilmiş 443 seçim müsabiqələrinin qalibləri olan 1500-dən çox finalçı şagird iştirak edirdi. Avropa, Yaxın Şərq və Afrika regionunun 33 ölkəsindən müsabiqəyə 198 şagird qatılmışdır. MDB-yə üzv olan dövlətlərdən Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxıstanın şagirdləri öz layihələri ilə iştirak edirdi. 

 Birinci gün “Los Angeles Convention Center” adlanan məkanda təntənəli açılış mərasimi keçirildi. Açılışda finalçı şagirdlər, İntelin əməkdaşları, media nümayəndələri, müxtəlif ölkələrdən gəlmiş alimlər, o cümlədən 7 nəfər Nobel mükafatı laureatı (Pol Berq, Miçel Bişop, Martin Çalfi, Dadli Xerşbax, Robert Horvits, Duqlas Oşerov, Riçard Roberts), Intelin Təlim Akademiyasının dinləyiciləri və digər qonaqlar iştirak edirdi. Intel ISEF 2011-in finalçılarını DreamWorks Animation studiyasının icraçı direktoru Ceffri Katzenberq salamladı.

 

Sonra "Society for Science & the Public”ın prezidenti Elizabet Marinkola çıxış etdi. O, dedi ki, “Yuxarı sinif şagirdlərinin müsabigəsi olan Intel ISEF elə bir meydançadır ki, buraya dünyanın hər bir yerində yaşayan ən yaxşı gənc alimlər öz işləmələrini və müasir elmi layihələrini təqdim edə bilərlər. Artıq 62-ci ildir ki, bu müsabiqə bizim ümumi gələcəyimizi təmin edərək gənc alimlərə dünyanın aktual problemləri ilə üz-üzə durmaqda və onların həll yollarını tapmaqda kömək edir”.  

12 may tarixində “Los Angeles Convention Center”də Açıq Qapı Günü keçirildi. Həmin gün qonaqlar və jurnalistlər finalçıların layihələri ilə tanış oldular. Müsabiqəyə təqdim olunan layihələr arasında zəlzələnin proqnozlaşdırılması; hovuzların neft ləkələrindən təmizlənməsi; sunami daxil olmaqla, təbii fəlakətlərə qarşı mübarizə sistemi, eləcə də Altsgeymer xəstəliyi, kimyaterapiyanın yeni növlərinə və digər aktual məsələlərə həsr olunmuş çoxlu sayda maraqlı layihələr vardı.

 

Layihələr müsabiqənin şərtlərinə uyğun hazırlanmışdı: onlar müvafiq sahə üzrə alimlərdən və ya müəllimlərdən birinin elmi rəhbərliyi ilə yerinə yetirilmiş, elmi cəhətdən əsaslandırılmışdı; aparılan işin praktiki əhəmiyyəti əks olunmuş və alınan nəticələrin istifadəsinə dair tövsiyələr verilmişdi. Layihələrdən görünürdü ki, bir çox iştirakçıların ölkələrindəki müxtəlif müəssisələrin elmi avadanlıqlarından istifadə etmək imkanı olmuşdu. ISEF-dəki prezentasiyalar elmi konfranslardakı stend çıxışlarına bənzəyirdi. Maraqlananlara işin xülasəsi verilirdi. İştirakçılar öz işləri haqqında böyük həvəslə danışırdılar.

Layihələr 17 kateqoriya üzrə qiymətləndirilirdi (dəqiq, təbiət elmləri və mühəndislik üstünlük təşkil edirdi, humanitar elmlərdən sosial elmlər təmsil olunmuşdu). Intel ISEF müsabiqəsinə təqdim olunan layihələri qiymətləndirmək məqsədilə dünyanın müxtəlif ölkələrindən hakim qismində 1000-ə yaxın alim dəvət olunmuşdu. Hakimlər hər bir iştirakçı ilə müsahibənin aparılmasına 15 dəqiqə vaxt ayırırdı. Müsabiqənin tələblərinə görə həmin gün iştirakşçılar rəsmi geyimdə olmalı və öz layihələrini ingilis dilində təqdim etməlidirlər.

Mayın 13-də qaliblərin mükafatlandırma mərasimi “Los Angeles Convention Center”də media nümayəndələrinin iştirakı ilə keçirildi.

75.000$ məbləğində olan əsas mükafat Qordon Mur mükafatı adlanırdı. Bu mükafat Intel Foundation fondu tərəfindən Intel korporasiyasının əsasını qoyan və onun keçmiş rəhbərlərindən biri olan insanın şərəfinə təsis edilmişdir.

Qordon Mur mükafatına xərçəng xəstəlikləri ilə mübarizədə daha səmərəli və nisbətən ucuz metoda həsr edilmiş layihənin müəllifləri Metyu Fedderson və Bleyk Marqraff (Kaliforniya ştatının Lafayett şəhəri) layiq görüldülər. Apardıqları tədqiqat nəticəsidə onlar müəyyən ediblər ki, xərçəng şişinin şualanma nayihəsinin yaxınlığında metal plastina yerləşdiriləndə bu xəstəliklə mübarizə daha səmərəli olur.

 

Intel Foundation fondu tərəfindən - Intel Foundation Young Scientist Awards (Ən yaxşı gənc alimlər üçün mükafatlar) - təsis edilmiş və hər biri 50.000 $ məbləğində olan iki mükafat Teylor Vilsona (Nevada ştatının Reno şəhəri) və Tailanddan gələn 3 nəfərdən ibarət komandaya təqdim olundu.   

 

                     

Intel Best of Cateqory Awards (Kateqoriyalar üzrə ən yaxşı mükafatlar) mükafatı hər biri  5.000 $ məbləğində olmaqla 17 kateqoriya üzrə qaliblərə təqdim olundu. Bundan əlavə, həmin şagirdlərin təhsil aldığı məktəblərə və onların seçimini həyata keçirən milli müsabiqəyə Intel tərəfindən 1.000 $ ayrıldı.

Intel ISEF Qrand Awards (Əsas mükafatlar) Intel tərəfindən təsis edilmişdir və 17 kateqoriyadan hər biri üzrə 1-ci, 2-ci, 3-cü və 4-cü yerləri tutan iştirakçılara təqdim olundu. Mükafatların məbləği:

1-ci yer – 3.000 $,

2-ci yer – 1.500 $,

3-cü yer – 1.000 $,

 4-cü yer – 500 $.

2011-ci il üçün Intel ISEF-in ümumi mükafat fondu 4 milyon dollar təşkil edirdi. Intel Foundation mükafatlarından əlavə müxəlif elmi təşkilatların, dövlət müəssisələrinin və kommersiya strukturlarının da müxtəlif prizləri təqdim olundu (600-dən artıq layihənin müəllifi mükafatlandırıldı).

Beləliklə, bu möhtəşəm tədbir başa çatdı.

 

Axtarış

MÜƏLLİMLƏRİN QEYDİYYATI

ŞAGİRDİN QEYDİYYATI

  • SA-acilish01
  • SA-acilish02
  • SA-acilish03
  • SA-acilish04
  • SA-acilish05
  • SA-acilish06
  • SA-acilish07
  • SA-acilish08
  • SA-acilish09
  • SA-acilish10
  • SA-acilish11
  • SA-acilish12
  • SA-acilish13
  • SA-acilish14
  • SA-acilish15
  • SA-acilish16
  • SA-Baglanish17
  • SA-Baglanish18
  • SA-Baglanish19
  • SA-Baglanish20
  • SA-Baglanish21
  • SA-Baglanish22
  • SA-Baglanish23
  • SA-Baglanish24
  • SA-Baglanish25
  • SA-Baglanish26
  • SA-Baglanish27
  • SA-Baglanish28
  • SA-Baglanish29
  • SA-Baglanish30
  • SA-Baglanish31
  • SA-Baglanish32
  • SA-Baglanish33
  • SA-Baglanish34

Bizimlə əlaqə


Ünvan: 
AZ 1148, Bakı, Əhməd Cəmil kucesi 41A;
 

Tel.: (+994) 12 
 

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi