• Poster-20
  • Poster-21
  • Poster-22
  • Poster-23
  • Poster-27
  • Poster-28
  • Poster-29
  • Poster-30
  • Poster-31
  • Poster-32
  • Poster-33
  • Poster-06
  • Poster-07
  • Poster-08
  • Poster-10

Təşkilatçılar

 

Azərbaycan Respublikasının

Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri Azad

Həmkarlar İttifaqı Respublika Komitəsi


ELANLAR

 

 

 

 

 


 

 

Partnyorlar

 

Qiymətləndirmə meyarları

 

 

 Münsiflərin davranış kodeksi

Finalçının işinin keyfiyyətini, hazırladığı elmi layihəni və tədqiq etdiyi sahəni nə dərəcədə başa düşdüyünü yoxlayın. Şagirdin mövzuya dair biliklərindən sonra, layihəni nümayiş etdirmə bacarığı ikinci yer tutur. Laboratoriya tədqiqatına, kiçik alətlərin hazırlanmasına, yaxud istifadə edilməsinə deyil, işin laboratoriya, nəzəri və ya çöl şəraitində aparılmasına dair sübut-dəlillərə diqqət yetirin.

● Münfislər nəzərə almalıdırlar ki, şagirdlərin elmi layihələrin müsabiqəsində iştirak etməsi, onlar üçün eyni zamanda həm tədris, həm həvəsləndirmə, həm də təcrübə rolunu oynayır. Müsabiqə təcrübəsinin əksər şagirdlər üçün ən mühüm məqamı isə onların müsahibələrinin qiymətləndirməsidir.

● Ola bilsin ki, şagird müəyyən bir tədqiqat layihəsi üzərində bir ildən çox işləmiş olsun. Qiymətləndirmə məqsədləri üçün YALNIZ son il ərzində yerinə yetirilmiş tədqiqatlara baxılmalıdır.

● Şagirdin ötən illərdə apardığı tədqiqatlarına əsaslanan layihə Davam edilən Layihə kimi nəzərə alına bilər. Əgər cari ilin layihəsini ötən ildə həyata keçirilən tədqiqatın nəticələri olmadan həyata keçirmək mümkün deyilsə bu, müsabiqə üçün Davam edilən Layihə sayılır. Belə layihələrdə təqiqat üzrə yeni işlərin əvvəlki işlərdən fəqli olduğu sənədləşdirilməlidir. Eyni metodologiya və tədqiqat üsulu ilə əvvəlki təcrübə-sınaq işlərinin təkrarlanması, yaxud nümunənin ölçüsünün artırılması qeyri-məqbul sayılır.

● Ümumi qaydalara görə münsiflər finalçılar üçün nəzərdə tutulan peşəkar bir qurumu təmsil edirlər. Bu səbəbdən də, münsiflər sual verərkən, təklif irəli sürərkən, yaxud konstruktiv təndiq edərkən həvəsləndirici üsuldan istifadə etməlidirlər. Münsiflər qeyri-mühüm hesab etdikləri layihələrə tənqiqi yanaşmamalı, dırnaqarası baxmamalı və ya onların maraqsız olduqlarını nümayiş etdirməməlidirlər. Çətin bir tapşırığın öhdəsindən gəldiyinə görə, yaxud əvvəlki müsabiqələrdə əldə etdikləri uğurlarına görə finalçıları həvəsləndirməli və müəyyən bal verilməlidir.

● Qiymətləndirilən layihələr digər müsabiqə, yaxud təbdirlərə təqdim olunan layihələrlə deyil, yalnız bu müsabiqədə yarışanların layihələri ilə müqayisə edilməlidir.

● Layihənin qiymətləndirilməsi zamanı tədqiqatın hazırlanmasında və həyata keçirilməsində şagirdə verilən istiqamətləndirmənin səviyyəsini müəyyən etmək vacibdir. Tədqiqat işi sənaye, yaxud institusional şəraitdə aparılıbsa, doldurulmuş Forma 1C təqdim olunmalı və burada layihəni müzakirə etmək məqsədi ilə elmi rəhbər üçün forum (diskussiya aparılacaq yer) ayrılmalıdır. Münsiflər tədqiqat işini qiymətləndirərkən həmin məlumatları ətraflı nəzərdən keçirməlidirlər.

● Qaliblərin layihələrini müzakirə edərkən, yaxud liftdə, restoranda, digər yerlərdə tənqidi rəy bildirərkən ehtiyatlı olun, belə ki, şagirdlər, yaxud oradan ötən böyüklər söhbətinizi eşidə bilərlər.

● Mükafatlandırma mərasimində elan olunana kimi nəticələr məxfi saxlanılır.

Müsabiqə

● Qiymətləndirmə prosesi haqqında şagirdlərə qısa şərh verin. Bura şagirdlərin davranışı və davamiyyəti, qiymətləndirilməsi nəzərdə tutulan və gözlənilən müsahibələrin sayı, qiymətləndirmə meyarları və diqər məlumatlar daxildir.

● Qiymətləndirmənin müxtəlif növləri, müsabiqə qaydaları haqqında münsiflərə və şagirdlərə açıqlama verin. Bir çox müsabiqələrdə, o cümlədən Intel ISEF-də kateqoriya üzrə xüsusi qiymətləndirmə və mükafatlandırma (böyük mükafatlar) olur. Kateqoriya üzrə qiymətləndirmə başlıca qiymətləndirmə hesab edilir və onun əsasında müsabiqə qaliblərinin yerləri müəyyənləşdirilir. Xüsusi qiymətləndirmə isə çox vaxt peşəkar elmi təşkilatlar, kollec və universitetlər, yaxud mükafatlara sponsorluq edən təşkilatlar tərəfindən aparılır.

● Hər hansı qərəzliliyə yol vermədən, ədalətli və hər kəsə bərabər yanaşma prinsipi əsasında qiymətləndirmənin həyata keçirilməsinə çalışın.

Kateqoriyalar üzrə qiymətləndirmə meyarları

Aşağıda verilmiş meyar və suallar Intel ISEF-in Mükafatlar üzrə Baş Münsifləri tərəfindən istifadə olunur və kateqoriyalar üzrə qiymətləndirmə üçün istiqamətləndirici məlumat kimi tövsiyə olunur.

İntel İSEF 2016 elmi layihələrin qiymətləndirmə meyarları

1. Elmi problem (10 bal).

- tədqiqatın məqsədi aydın qoyulub

- öyrəniləntədqiqat sahəsinə yeni töhfə verib

- problem elmi yollarla həllini tapıb

2. Tədqiqatın planlaşdırılması və metodologiyası (15 bal).

- yaxşı işlənmiş (düşünülmüş, hazırlanmış) tədqiqat planı və məlumatların toplama üsullarımövcuddur

- tədqiqat məqsədinə uyğun və ölçülə bilən dəyişən parametrlər dəqiq müəyyənləşdırılıb

3. Tədqiqatın aparılması: məlumatların toplanması, təhlili və şərhi (20 bal).

- məlumatların toplanması və təhlili sistematik aparılmışdır

- nəticələrintəkrarlanması (şərtlərin hamısı nəzərə alınmışdır, digər alimləri bu şərtlər çərçivəsində eyni nəticələri əldə edə bilərlər)

- riyazi və statistik metodlarının düzgün tətbiq olunub

- nəticələrinşərhini təsdiq edən kifayət qədər məlumatlartoplanmış və yekun qərarlar alınmışdır

4. Yaradıcı yanaşma (20 bal).

- layihə yuxarıda sadalanan bir və ya bir neçə meyarlar üzrə yaradıcılığı nümayiş etdirib

5. Nəticələrin təqdimat (35 bal).

a. Stend (poster) (10 bal).

- materiallarməntiqə uyğun yerləşdirilib

-qrafik materiallar, onların şərhləri aydın və anlaşıqlıdır

-köməkçi sənədlər mövcuddur (tədqiqat planı, gündəlik iş və digər materiallar)

b. Müsahibə (münsiflər heyyəti ilə söhbət) (25 bal)

-suallara aydın, qısa, düşüncəli cavablar verir

-layihəyə aid olan fənninəsaslarını anlayır

- alınan nəticələrin şərhini və məhdudluğunu anlayır

- layihəniyerinə yetirərkən müstəqillikdərəcəsi kifayətdir

- elm, cəmiyyət və ya iqtisadiyyat üçün potensial töhfəsini (impact) anlayır

- tədqiqatıdavam etdirmək üçünəhəmiyyətli ideyalarıvar

- kollektiv layihə üçün: üzvlərin hər biri layihəni anlayıb və xüsusi töhfə verib

 

İntel İSEF 2016 texniki-mühəndislik layihələrin qiymətləndirmə meyarları

1. Elmi-texnikiməsələ (10 bal).

- həll olunmalı praktiki məsələnin anlaması və təsviri

- təklif olunan həllin səmərəliliyinin meyarları

- bu həllin məhdudiyyətliyinin şərhi

2. Texniki layihənin planlaşdırılması və metodologiyası (15 bal).

- praktiki məsələnin (ehtiyacın) alternativ həllərinin qiymətləndirilməsi

- həllin müəyyənləşdirilməsi

- protatipin/modelin hazırlanması

3. Araşdırmaların aparılması: hazırlanma və sınaq (test) (20 bal).

- prototip düşünülmüş konstruksiyanı nümayiş etdirir

- prototip müxtəlif şəraitlərdə çoxlu sınaqlardan keçirilib

- prototip icraçının mühəndislik bacarıqlarını və işin tamamlığını nümayiş etdirir

4. Yaradıcı yanaşma (20 bal).

- layihə yuxarıda sadalanan bir və ya bir neçə meyarlar üzrə yaradıcılığı nümayiş etdirib (məsələnin qoyuluşunda, həlli yollarının axtarışında, modelin hazırlanmasında və ya sınaq zamanı və s.)

5. Nəticələrin təqdimat (35 bal).

a. Stend (poster) (10 bal).

- materiallarməntiqə uyğun yerləşdirilib

-qrafik materiallar, onların şərhləri aydın və anlaşıqlıdır

- köməkçi sənədlər mövcuddur (eksperimentin planı, gündəlik, çertyoj, sınaqların nəticələri və s.)

b. Müsahibə (münsiflər heyyəti ilə söhbət) (25 bal)

-suallara aydın, qısa, düşüncəli cavablar verir

-layihəyə aid olan fənnin əsaslarını anlayır

- alınan nəticələrin şərhini və məhdudluğunu anlayır

- layihəniyerinə yetirərkən müstəqillikdərəcəsi kifayətdir

- elm, cəmiyyət və ya iqtisadiyyat üçün potensial töhfəsini (impact) anlayır

- tədqiqatıdavam etdirmək üçünəhəmiyyətli ideyalarıvar

- kollektiv layihə üçün: üzvlərin hər biri layihəni anlayıb və xüsusi töhfə verib

 

Axtarış

MÜƏLLİMLƏRİN QEYDİYYATI

ŞAGİRDİN QEYDİYYATI

  • SA-acilish01
  • SA-acilish02
  • SA-acilish03
  • SA-acilish04
  • SA-acilish05
  • SA-acilish06
  • SA-acilish07
  • SA-acilish08
  • SA-acilish09
  • SA-acilish10
  • SA-acilish11
  • SA-acilish12
  • SA-acilish13
  • SA-acilish14
  • SA-acilish15
  • SA-acilish16
  • SA-Baglanish17
  • SA-Baglanish18
  • SA-Baglanish19
  • SA-Baglanish20
  • SA-Baglanish21
  • SA-Baglanish22
  • SA-Baglanish23
  • SA-Baglanish24
  • SA-Baglanish25
  • SA-Baglanish26
  • SA-Baglanish27
  • SA-Baglanish28
  • SA-Baglanish29
  • SA-Baglanish30
  • SA-Baglanish31
  • SA-Baglanish32
  • SA-Baglanish33
  • SA-Baglanish34

Bizimlə əlaqə


Ünvan: 
AZ 1148, Bakı, Əhməd Cəmil kucesi 41A;
 

Tel.: (+994) 12 
 

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi