• Poster-21
  • Poster-22
  • Poster-23
  • Poster-27
  • Poster-28
  • Poster-29
  • Poster-30
  • Poster-31
  • Poster-32
  • Poster-33
  • Poster-06
  • Poster-07
  • Poster-08
  • Poster-10

Təşkilatçılar

 

Azərbaycan Respublikasının

Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri Azad

Həmkarlar İttifaqı Respublika Komitəsi


ELANLAR

 

 

 

 

 


 

 

Partnyorlar

 

 “Sabahın alimləri” Respublika müsabiqəsinin

Elmi Ekspertiza Komitəsi üçün Yaddaş

Elmi Ekspertiza Komitəsi (EEK) şagirdlər tərəfindən qüvvədə olan müsabiqə Qaydalarına riayət edilməsini təmin etmək məqsədi ilə bütün layihələr üzrə mövzuları, formaları və tədqiqat planlarını yoxlayır və təsdiq edir. 

 EEK Intel ISEF-ə qatılan müsabiqənin SRC-si olaraq tədqiqat sahəsində qayda-qanunları bilən bir qrup mütəxəssislərdən və alimlərdən təşkil olunur. Bu Komitə müsabiqəyə təqdim olunan şagird layihələrinə əlavə edilən bütün formaları, o cümlədənElmi rəhbərin (yaşlı sponsor) yoxlama cədvəli (1), Qısa xülasə, Şagirdin yoxlama cədvəli (1A), Tədqiqat planı və Təsdiq formasını (1B) və tələb olunan digər formaları yoxlayır. Eyni zamanda müsabiqədə yaranan problemləri müəyyən edərək onların həllində müsabiqə direktorlarına və müəllimlərə kömək edir.

EEK “Sabahın alimləri” Respublika müsabiqəsi üçün uyğun hesab edilən layihələr haqqında qərarverici orqandır. Bəzi hallarda EEK konkret layihələrə dair suallarla müraciət edə və bəzi tədbirləri (məsələn, mövzuların təsdiq olunması üçün Təyinatlı nəzarətçi ilə əlaqə saxlamaq, müəyyən məsələlərə aydınlıq gətirmək məqsədi ilə qısa xülasənin təkrar yazmasını təklif etmək və s.) həyata keçirə bilər.

EEK şagird tədqiqatlarının, sertifikatların, tədqiqat planlarının və sərgilər tərəfindən hazırlanan layihələrin İntel İSEF-ə qatılan “Sabahın alimləri” Respublika müsabiqənin Qaydalarına, zəruri tələblərinə və qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsinə cavabdehdir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılan EEK layihələrin baxılmasına və onların təsdiq olunmasına kömək etmək məqsədi ilə yerli EEK-lar (təhsil şöbələrində, məktəblərdə) yarada bilər. EEK-ın fəaliyyəti və tərkibi Beynəlxalq Qaydalara tam cavab verməlidir.

Şagird layihələrinin ilkin təsdiqinə dair məlumatı və formalarla müsabiqənin online sabahinalimleri.edu.az saytı vasitəsilə tanış olmaq olar.

İnsanlarnan bağlı, onurğalı heyvanlar və təhlükə potensiallı bioloji agentlərlə bağlı tədqiqatlara öncədən baxılmalı və onlar təcrübə-sınaq işlərinə başlanılmamışdan əvvəl təsdiq olunmalıdır.

Təcrübə-sınaq və tədqiqat işləri başa çatdıqdan sonra, lakin müsabiqəyə təqdim olunmazdan əvvəl bütün layihələr EEK tərəfindən yoxlanılaraq təsdiq olunmalıdır.

EEK-nın tərkibi ən azı 5 nəfərdən ibarət olmalıdır. EEK-nın tərkibinə aşağıdakılar daxil edilir:

  1. a.    Tibbi-bioloji sahə üzrə alim (doktor dərəcəsi olan).
  2. b.    Müəllim.
  3. c.     Digər mütəxəssislər.

Əlavə xüsusi bilik və təcrübə: Layihələr üzrə lazımi qiymətləndirmə aparmaq üçün əlavə xüsusi bilik və təcrübə (məsələn, biotəhlükəsizlik, yaxud insan risk qrupları haqqında geniş biliklərin olması və s.) tələb olunur. Söhbət heyvanlarla bağlı tədqiqatlardan gedəndə EEK-nın üzvlərdən ən azı biri heyvanlara lazımi qayğı göstərməyin qaydaları ilə tanış olmalıdır. Araşdırmanın xarakterindən asılı olaraq həmin şəxs baytar, yaxud tədqiqat obyekti olan növlərlə bağlı təlim keçmiş və ya təcrübəsi olan şəxs ola bilər. EEK-nın tərkibində müvafiq mütəxəssis olmadıqda lazımi ekspert digər müəssisələrdən dəvət oluna bilər.

Maraqların toqquşmasına yol verməmək üçün layihənin hazırlanmasına aidiyyəti olan Elmi rəhbər (yaşlı sponsor), valideynlər, Mütəxəssis alim və Təyinatlı nəzarətçi həmin layihələrə rəy verən EEK-da xidmət etməməlidirlər. EEK-nın üzvlərinə tövsiyə olunur ki, maraqların toqquşmasına yol verməsinlər və bu qurumun bilik və təcrübəsini artırmağa çalışsınlar.

EEK layihələri aşağıdakı meyarlara görə yoxlayır:

  1. a.  Ədəbiyyat axtarışına dair fakt;
  2. b.  Lazımi nəzarətə dair fakt;
  3. c.  Məqbul və müvafiq tədqiqat üsullarından istifadə;
    1. d.  Doldurulmuş formalar, imzalar və maksimum bir il tədqiqat aparıldığını əks etdirən tarix, ilkin təsdiqə dair müvafiq tarixlər (ehtiyac olduqda);
    2. e.  Heyvanlar üzərində təcrübə aparıldıqda alternativ yolların axtarışı;
    3. f.   Heyvanlarla bioetik davranış;
      1. g.  İnsanların, heyvanların və təhlükə potensiallı bioloji agentlərin tədqiqini tənzimləyən qayda və qanunlara uyğunluq;
      2. h.  Davam edən layihələrin davamının əsaslı şəkildə sənədləşdirilməsi;
      3. i.   ISEF-in Etika Qaydalarına dair Bəyanatına uyğunluq.

Proseslə bağlı suallar yarandıqda EEK sədri və ya üzvlərindən biri müsabiqənin direktoru ilə əlaqə saxlamalıdır.

Axtarış

MÜƏLLİMLƏRİN QEYDİYYATI

ŞAGİRDİN QEYDİYYATI

  • SA-acilish01
  • SA-acilish02
  • SA-acilish03
  • SA-acilish04
  • SA-acilish05
  • SA-acilish06
  • SA-acilish07
  • SA-acilish08
  • SA-acilish09
  • SA-acilish10
  • SA-acilish11
  • SA-acilish12
  • SA-acilish13
  • SA-acilish14
  • SA-acilish15
  • SA-acilish16
  • SA-Baglanish17
  • SA-Baglanish18
  • SA-Baglanish19
  • SA-Baglanish20
  • SA-Baglanish21
  • SA-Baglanish22
  • SA-Baglanish23
  • SA-Baglanish24
  • SA-Baglanish25
  • SA-Baglanish26
  • SA-Baglanish27
  • SA-Baglanish28
  • SA-Baglanish29
  • SA-Baglanish30
  • SA-Baglanish31
  • SA-Baglanish32
  • SA-Baglanish33
  • SA-Baglanish34

Bizimlə əlaqə


Ünvan: 
AZ 1148, Bakı, Əhməd Cəmil kucesi 41A;
 

Tel.: (+994) 12 
 

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


"Sabahın alimləri" Respublika Müsabiqəsi

 IntelISEFSabahinAlimleri

 "Sabahın alimləri" Respublika Müsabiqəsi